Niyə İlon Mask MBA-ya qarşıdır və onun bu fikrini təkzib edən faktlar

İlon Mask – indiki nəslin sahibkarlıq bütlərindən biridir. Daha sadə desək, əgər əvvəlki nəsil Stiv Cobs, Bill Qeyts və ya Mark Çukerberq kimi insanlara “itaət” edirdisə, müasir dövrdə hamı ancaq İlon Maskdan danışır.

Mask MBA təhsilinə qarşıdır: “Düşünürəm ki, MBA həddindən artıq çox ola bilər”, – deyə milyarder Wall Street Journal-ın direktorlar şurasının sammitində söyləyib. “İnsanlar məhsul və xidmətə daha çox, maliyyə məsələlərinə və idarə heyətinin görüşlərinə isə daha az diqqət yetirməlidirlər”.

Enerji biznesi ilə məşğul olan bir oğlan üçün bu çox zəif arqumentdir. Bundan əlavə, əgər LinkedIn-dəki hesablara nəzərə salsaq, Tesla-da təxminən 900 işçinin MBA təhsilli olduğunu görərik. Onlar diplomlarını Harvard, MIT Sloan, Wharton, Chicago Booth, Northwestern KelloggDuke Fuqua kimi dünyanın ən məşhur və ən yüksək reytinqli universitetlərində alıblar.

Tesla biznesinin demək olar ki, bütün sahələrində MBA təhsilli adamlar var

Tesla-nın maliyyə direktoru Zak Kirkhorn MBA təhsilini Harvard Business School-da, informasiya texnologiyaları direktoru Nageş Saldi isə Saint Mary’s College of California-da alıb. MBA məzunları Tesla-da müxtəlif vəzifələrdə işləyirlər: strategiya, məhsul idarəetməsi, əməliyyatlar, biznesin inkişafı, birləşmə, korporativ maliyyə, işəgötürmə, qlobal tədarük zəncirinin logistikası, investorlarla münasibət və hətta vəkillik. Eyni zamanda, onlar şirkətin aşağı və yuxarı rəhbərliyində də yer alırlar – qlobal biznes-əməliyyatlara rəhbərlik edən Kolbi Hastinqsdən (МВА Wharton), energetika biznesindəki əməliyyatları idarə edən Ceyson Çoiyə (MBA MIT Sloan) qədər.

Maskın MBA-ya qarşı qətiyyətli fikirləri köhnə yanaşmalara əsaslanır

Sahibkarın MBA haqqında söylədiyi mənfi fikirlər gələcək tələbələri dezinformasiya edərək, düz yoldan çıxarır. Mütəxəssislərin fikrincə, bu fikirlər avtomobillərdəki səs lentləri (audiokasset) ilə olduğu kimi köhnəlmiş yanaşmanı təmsil edir. Məsələn: “MBA – bütün diqqətini insanlara, məhsul və ya xidmətə deyil, rəqəmlərə yönəltmiş iti dirsəkli mütəxəssislərdir”.

Bunların heç biri reallığı əks etdirmir. Əməkdaşlığa və komanda işinə dəyər verən və başqalarına rəhbərlik etmək üçün lazım olan atributlara möhkəm baxan MBA məzunları, işdəki həmkarlarının töhfələrini qiymətləndirməyi və onlara etibar etməyi öyrənirlər. Onlar maliyyəni digər hər hansı bir fəndən üstün tutmurlar və şübhəsiz ki, insanları (və ya məhsul və xidmətləri) dəyərdən salacaq heç nə etmirlər.

Əgər şirkətlər hələ də rüblük mənfəət hesabatlarına və qısamüddətli planlara üstünlük verirsə, bu, MBA məzunlarının deyil, investorların və bazarların günahıdır. Həqiqət budur ki, bir şirkət nə qədər kompüter elmi və mühəndisliyi fakültəsini bitirmiş məzun işə götürsə də, əsas yeniliklər (nou-xau) olmadan bu biznesi genişləndirmək mümkün olmayacaq. Bir sözlə, bazar imkanlarını təhlil etməyi, onları həyata keçirmək üçün kapital toplamağı, strategiya planlaşdırmağı və insanları idarə etməyi bacaran mütəxəssislər olmadan inkişafdan söz gedə bilməz.

Yanlış müşahidələr: MBA-lar iş görüşmələrinə çox vaxt ayırırlar

Bəs Maskın MBA məzunlarının iclaslara çox vaxt sərf etməsi barədə danışması necə? Unutmayın ki, bütün hallarda yaxşı təlim keçmiş mütəxəssislər iş görüşməsindən necə yararlanmağı çox yaxşı bilirlər. MBA təhsili effektiv və aydın təlimatların hazırlanmasından tutmuş yekun nəticələrə və qərarlara qədər hər şeyi əhatə edir.

Əgər MBA bu qədər dəyərsizdirsə, niyə Mask və digər yüksək texnoloji şirkətlər çox biznes təhsili olanlara üstünlük verirlər? Son beş ildə bu baxımdan Amazon liderlik edir. LinkedIn-ə görə, hal-hazırda Amazon-da təxminən 29 min MBA məzunu çalışır. Microsoft-da – 15 min, Google-da – 12 min, Apple-da – 6 200, Facebook-da – 4 600, Dell Technologies-də – 5 700.

Əgər növbəti Stiv Cobs olduğunuzu düşünürsünüzsə, xəyal qurmağı dayandırın və hərəkətə başlayın

İcazə verin ilk biz olaq: əgər növbəti Stiv Cobs və ya Mark Çukerberq olduğunuzu düşünürsünüzsə, gözləmədən irəli gedin! Həqiqət budur ki, bu dünyada Stiv Cobs və Mark Çukerberq çox azdır.

Son 20 və ya 30 ildə MBA-nın sahibkarlar üçün yararsız olduğu fikri tamamilə faydasızdır. Biznes-təhsili alanlar sizinlə məktəblərdə öyrəndiklərinin əldə edilmiş uğurlara böyük təsir göstərdiyini söyləyəcəklər. İnanmırsınızsa, statistikaya nəzər yetirək: bütün startapların təxminən 70-80%-i uğursuz olur və bunun səbəbi onların qurucularının gərək olan biliklərə sahib olmamasıdır.

MBA təhsilli mütəxəssislər sizə həmtəsisçiləri və investorları ilə necə tanış olduqlarını izah edəcəklər. Onlar həm də bazara çıxmamışdan əvvəl kursdakı praktiki tapşırıqların məhsul və ya xidmət haqqında təsəvvürləri təkmilləşdirməyə necə kömək etdiyini danışacaqlar. Bu onlar üçün minlərlə (bəzən milyonlarla) dollarlıq kapital qoyuluşuna demək olar ki, bütün qapıları açdı.

2020-ci ildə on ən yaxşı MBA startapı təxminən 1.4 milyard dollar maliyyə cəlb edib

Əgər franşiza almağı və ya həyat yoldaşınızla birgə sadə bir iş qurmağı planlaşdırmırsınızsa, bazarları və müştəriləri başa düşmək üçün müəyyən biliklərə ehtiyacınız olacaq. İndiki zamanda biznes əvvəlkindən qat-qat mürəkkəbdir. Bu səbəbdən biznesin əsaslarını öyrənmək, liderlik, strategiya və marketinqdə baş çıxarmaq vacibdir.

Dünyanın ən təcrübəli investorlardan bəziləri MBA startaplarına dəstək verirlər. Faktiki olaraq, keçən il bu sahədə təxminən 1.4 milyard dollar maliyyə toplanıb. Təkcə Company Guild Education şirkəti (iki Stanford tələbəsi tərəfindən yaradılıb) demək olar ki, 230 milyon dollar cəlb edib. Bu, ağıllı ideyaları təqib edən “ağıllı sərmayə”dir. Gördüyünüz kimi, MBA-nın sahibkarlar üçün dəyərsiz olduğu düşüncəsi tamamilə gülüncdür.

Əlbəttə ki, Mask gözlənilməz və ziddiyyətli açıqlamaları ilə tanınır. Lakin MBA təhsili və biznes məktəblərini bitirən məzunların keyfiyyəti haqqında danışdıqda, o, bir çox səhvlərə yol verir.

Biznes-məktəblər texnologiya istedadlarının mənbəyidir

Sahibkarların təhsil haqqının yüksək olması ilə bağlı etirazlarına baxmayaraq, LinkedIn-in məlumatına görə, texnologiya şirkətlərində MBA təhsili olanların sayı olduqca çoxdur. Üstəlik, bir çox hallarda onlar şirkətdə aparıcı vəzifələr tuturlar.

Şirkət Mütəxəssislərin sayı
Amazon 29 000
IBM 26 000
Microsoft 15 000
Google 12 000
Oracle 11 000
Cisco 6 800
Intel 6 700
SAP 6 700
Apple 6 200
Dell 5 700
Salesforce 4 700
Facebook 4 600
Adobe 2 600
LinkedIn 1 600
Tesla 900
Airbnb 600
Netflix 500

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.