3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Niyə nə istədiyimizi bilmirik və bu problemin həlli yolu nədir?

Məqsədlər təyin etmək, onlara nail olmaq, uğurlu və ahəngdar olmaq üçün nə istədiyinizi başa düşməlisiniz. Ancaq bu yalnız sözdə asan və təbii səslənir, əslində isə bir çox insan nəyə ehtiyac duyduğunu bilmir və nəyin uğrunda çalışacağını başa düşmür. Gəlin, bunun niyə baş verdiyini və öhdəsindən necə gələ biləcəyinizi araşdıraq.

1. Özünüzü eşitmirsiniz

Bir çoxumuz uşağın fikrini nəzərə almayan avtoritar ailədə böyüyüb. Nə ilə məşğul olmaq, kimlərlə dost olmaq, harada təhsil almaq, nə zaman ailə qurmaq və s. Əgər addım atmağınıza icazə verilmirsə və buna müqavimət göstərmək üçün kifayət qədər cəsarət və üsyankar ruh yoxdursa, yetkin yaşında problemlərin yaranacağı təəccüblü deyil. 

Elm adamları da bununla razılaşırlar: onlar avtoritar və hər şeyi nəzarət altında saxlamağa çalışan valideynlərlə böyümüş uşaqların yetkin yaşında bir sıra problemlərlə üzləşdiyini hesab edirlər. Onlar sırasında qərar vermək və özünü anlamaq bacarığı da var. 

Nə etmək olar

Olduqca çətin bir hekayədir və bu problemi sürətli texnika və ya universal həll yolu ilə aradan qaldırmaq mümkün deyil. Buna baxmayaraq. Özünüzə kömək etmək üçün aşağıdakı metodlardan istifadə edə bilərsiniz. 

Müəyyən müddət ərzində gündəlik yazın. Psixiatr Ceremi Nobel hesab edir ki, bu təcrübə insana özü ilə əlaqə qurmağa və istəklərini daha yaxşı başa düşməyə kömək edir. Yaxşı olar ki, qeydləri mütəmadi olaraq, sizin üçün əlverişli şəkildə edəsiniz. 

Ən sadə yol – bloknot almaq və bütün hisslərinizi onun səhifələrinə “tökmək”, lazımdırsa şikayət etmək.  Bundan əlavə, özünüz üçün keçmişə səyahət təşkil edə bilərsiniz. Bu üsul yazıçı, ssenarist və yaradıcı mütəxəssis Culiya Kemeron tərəfindən təklif olunur. Yenidən 7-8 yaşınız olduğunu düşünün və bütün xəyallarınızı, hobbilərinizi yazın. 

Sonra bu siyahıya yazdığınız bir şey ilə məşğul olun, uşaqlıq xəyallarınızın bəzilərini gerçəkləşdirməyə çalışın. Bu yolla açarınızı tapıb getmək istədiyiniz hədəf və ya sizi məmnun edəcək bir iş tapacaqsınız.

2. Qorxu sizə mane olur

Bəzən qəlbimizin dərinliyinə gedib nə lazım olduğunu çox yaxşı başa düşürük. Ancaq bunu özümüzə etiraf etməyə cəsarət etmirik, çünki o zaman nəyisə dəyişdirməli olacağıq. Qeyri-müəyyənlik bizi qorxuzur və bu təəccüblü deyil: arzu və istəklərin bizi hara aparacağını bilmirik, buna görə də onları görməməzliyə vururuq. 

Xəyallarımızı gizlətməyə və onlar haqqında düşünməməyə məcbur edən digər bir qorxu uğursuzluq qorxusudur. Və nə qədər paradoksal olsa da, müvəffəqiyyət qorxusu. 

Nə etmək olar

Əvvəla, qorxduğuzunu və bunun yaxşı olduğunu qəbul edin. Unutmayın ki,  uğursuzluqlar istər-istəməz hər kəsin başına gəlir. Sonra isə qorxularınızı tutmağa və onlarla işləməyə çalışın. Psixiatr Devid Berns “Mood Therapy” adlı kitabında özünüzə diqqətlə qulaq asmağı və ağlınıza gələn mənfi fikirləri yazmağı, onlara cavab verməyi məsləhət görür. Məsələn:

Fikir: “Nə fərqi var nə istəyirəm, onsuz heç nə alınmayacaq”

Cavab: “Bəli, mən məğlub ola bilərəm. Ancaq nə istədiyimi başa düşməsəm və aktiv hərəkətə keçməsəm, yaxşı heç nə olmayacaq”. 

Devid Brens bu texnikanı çox effektiv hesab edir və deyir ki, onun köməyi ilə hətta özünəgüvən hissini inkişaf etdirmək mümkündür.

3. Özünüzə təzyiq göstərirsiniz

Siz nə istədiyinizi mütləq başa düşməli olduğunuzu düşünə bilərsiniz. Lakin unutmayın ki, nə istədiyini bilməmək ayıb bir şey deyil. Deyək ki, içinizdən taxta oyuncaqlar hazırlamaq və ya sifariş üçün tortlar bişirmək keçir, siz amma bu xəyalları qeyri-ciddi hesab etdiyiniz üçün gizlədirsiniz. 

Nə etmək olar

Özünüzə vaxt verin. Təsəlməyin. Özünüzdən çəkinməyin. Suallar verin, məsələn: 

  1. Əgər pul qazanmalı olmasaydım, hansı işlə məşğul olardım?
  2. Hansı məşğuliyyətlər mənə daha çox sevinc bəxş edir? Və əksinə, hansılar ən çox darıxdırır?
  3. Əgər beş həyatım olsaydı, nə ilə məşğul olardım?

Barbara Şer “Nə haqda xəyal etmək” kitabında ən piss ssenari qurmağı təklif edir. Məsələn: “Hər gün səhər saat 5-də durub ofisə getməliyəm, orada müxtəlif insanlara mal və ya xidmət satmağa çalışıram. Bu iş mənim bütün gücümü və vaxtımı alır (ünsiyyət qurmağa çətinlik çəkirəm, daha sakit bir ortamda iş görməyi sevirəm), Evə çox yorğun və əsəbi gedirəm. Sonra isə boş evə daxil olub televizor qarşısında yatıram”. 

Əgər bu ssenarinin əksini qursanız, həyatda nələrə nail olmaq istədiyinizi başa düşəcəksiniz. 

 

Son xəbərlər
Oxşar xəbərlər