31 C
Baku
Wednesday, August 10, 2022

Niyə “pis” davranış sizə və başqalarına fayda gətirə bilər?

“Siqaret çəkməyi, içki içməyi və həddindən çox yemək yeməyi dayandıran bir insan tanıyıram. O, intihar edənə qədər çox sağlam idi”. Bizə xoşagəlməz həqiqəti göstərən bu sitat televiziya aparıcısı və komediyaçı Coni Karsona məxsusdur. Biz həmişə mələk ola bilmərik. Və hətta olmalı deyilik.

Tədqiqatlar “pis” davranışın faydalı olduğuna dair bir çox nümunələr göstərir.

Söyüş

Mənfi deyimlərin fiziki gücün və sosial birliyin artması kimi çox yaxşı sənədləşdirilmiş faydaları var. Və bu mövzuda araşdırmalar ortaya çıxmağa davam edir. Bu yaxınlardan onlardan biri söyüşlərin yolda olduğumuz zaman qəzəblə mübarizə üçün ən təsirli strategiya olduğunu göstərdi. Yüzlərlə sürücüyə hiddətləndirici ssenarini əks etdirən şəkillər göstərildi: yolu asta-asta keçən piyadalar, hərəkət qaydalarını pozan sürücülər və səhv yerdə dayanan, nəticədə bütün yolu bağlayan avtomobillər.

İştirakçıların yarısına səsli və ya sakit şəkildə deyinmək, digərlərinə isə susmaq tapşırıldı. Təcrübənin sonunda birinci qrup özünü daha pozitiv hiss etdiyini bildirdi ki, bu da söyüşlərin neqativ emosiyaların azalmasına gətirib çıxardığını göstərdi.

Bir çox səbəbə görə söyüşlər – ucuz, asanlıqla əldə edilə bilən, kalorisiz və narkotik olmayan özünəyardım vasitəsidir.

İçki

Alkoqolun heç bir miqdarda təhlükəsiz olmadığını bilirik, buna görə içkinin “pis” bir şey olduğunu qəbul edirik. Buna baxmayaraq, o, hələ də populyar və potensial olaraq faydalıdır. Məsələn, alkoqolun xarici dildə daha yaxşı danışmağa kömək etdiyini göstərən son araşdırmanı götürək. Tədqiqatçılar Hollandiyanın universitetində oxuyan alman tələblərinə bir-iki butulka pivəyə ekvivalent olan alkoqollu içki verdilər.

Daha sonra onlara lüğət və tələffüzü qiymətləndirərək, iki dəqiqə ərzində hollandlarla heyvanlar üzərindəki sınaqlar mövzusunda danışmağı tapşırdılar. Nəticədə isə bu tələbələrin digər qrupla müqayisədə daha sürətli danışdıqlarını gördülər. Deyəsən, alkoqolun xüsusiyyətləri xarici dildə danışmaqla əlaqəli narahatlığı aradan qaldırır. Əlbəttə ki, az miqdarda içdiyiniz alkoqol həm də sosial narahatlığı azaldır və ətrafınızdakı insanlarla ünsiyyəti asanlaşdırır.

Sıxıntı

Yalnız darıxdırıcı insanların cansıxıcı olduğunu eşitmisinizmi? Bu populyar inam bizi gərginlik və qətiyyət dünyasında yaşayaraq, cansıxıcı insanlara tənbəl və xəyal etməyən kimi baxmağa vadar edir. Bəs bu doğrudurmu? Təəccüblüdür ki, cansıxıcılıq universal insan təcrübəsidir. Hər kəs zaman-zaman cansıxıcı olur. Psixoloqlar bunun niyyət və məqsəd çatışmazlığı – yəni ətrafında baş verənlərdə iştirak etmək istəməmək səbəbindən yarandığını söyləyirlər.

Sizcə, cansıxıcılığın nə faydası var? Variantlardan biri bu duyğunun insanı yaradıcılığı stimullaşdırmaq üçün məna axtarmağa məcbur etdiyini nəzərdə tutur. Araşdırmalar göstərir ki, qəsdən darıxdırıcı videolara baxmaqdan bezən insanlar, bundan sonra yaradıcılıq tapşırıqlarını daha yaxşı yerinə yetirirlər. Deməli, əslində cansıxıcılıq fürsətlər və perspektivlər üçün əsas şərt ola bilər.

Axmaqlıq

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, amma axmaqlığın da müsbət tərəfləri var. Journal of Cell Science məqaləsində mikrobioloq Martin Şvartse tanış olduğu ən parlaq şəxsiyyətlərdən biri olan köhnə dostu ilə görüşməsindən bəhs edir. Məlum oldu ki, o, vəkil olmaq istədiyi üçün elmi işindən ayrılır.

Bu şok açıqlama ertəsi günə qədər onu düşünməyə vadar edir. Shvarts başa düşdü ki, bəzi suallara cavab tapa bilməməyimiz “mütləq axmaqlıqla” mübarizə aparmağa vadar edir. Əgər bu duyğunu qəbul etsəniz, özünüzü daha azad hiss edəcəksiniz və səhvlərə qarşı daha dözümlü olacaqsınız.

Sözü gedən duyğular yalnız elmlə məhdudlaşmır. Onlar zaman-zaman özümüzə meydan oxumağa və ya şübhə doğurmağa təşviq edə bilərlər. Tədqiqatlar göstərir ki, bir çoxumuz həqiqətən qabiliyyətlərimizə çox güvənirik, bu isə öyrənmə prosesinə mane olur.

Sosial cinayət

Bəlkə də pis davranışın əsas növü sosial normaların pozulmasıdır. Əlbəttə, başqa bir insanı öldürmək – çox təhlükəli cinayətdir. Bəs daha az zərərli olan etiraz aksiyaları necə? Düşünürəm ki, sonsuz ədəb və nəzakət potensialının dairəsindən çıxmaq üçün müəyyən sosial narahatlıqlara ehtiyac vardır.

Diqqəti cəlb edən tədqiqatların birində yuxarı kurs tələbələrinə sosial normanı pozmaq və bunun nəticəsini sənədləşdirmək tapşırığı verildi.  İştirakçılardan biri ticarət mərkəzində eskalatorun hərəkət trayektoriyasının əksinə qaçdı. Digəri maşının pəncərəsindən boylanım yüksək səslə mahnı oxudu.

Qayda pozuntuları qeydə alındıqdan və təsnif edildikdən sonra, onların yalnız 35%-nin mənfi qarşılandığı üzə çıxdı. Bu, konvensiyadan çıxmaq və həqiqi insan ünsiyyətini təşviq etmək vasitəsi kimi əhəmiyyətsiz sosial cinayət haqqında çox şey dedi.

Son xəbərlər
Oxşar xəbərlər