4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Niyə sevdiyimiz iş bizi məhv edə bilər?

Şübhəsiz ki, bu gözəl ifadəni eşitmisiniz: “Əgər sevdiyin işlə məşğul olursansa, həyatında bir gün də olsa işləməyəcəksən”. Yaxşı səslənir, amma bu fikrin reallıq ilə heç bir əlaqəsi yoxdur. 

Əgər işimizi seviriksə, niyə istirahətə ehtiyacımız olsun ki? Bu ideya televiziya, internet və kitabların sayəsində geniş yayılmışdır. Ehtiyatlı olmağınız mütləqdir, çünki bu düşüncə tərzi insanı tükəndirir və müəyyən etməkdə çətinlik çəkdiyimiz bir sıra fəlakətlərlə nəticələnə bilər. 

Onilliklər ərzində işə münasibətdə “tükənmə” termini yanlış qiymətləndirilib. İnsanlara elə gəlir ki, “tükənmə” səbəb deyil, bəhanədir. Eyni zamanda inkişaf etmiş ölkələrdə, iş və şəxsi həyat arasında balans saxlamağa çalışan Z nəsli arasında da bu termindən geniş istifadə olunub. Gallup sorğusunun nəticələrinə görə, respondetlərin 23% tez-tez, 63% isə bəzi hallardan işdən tükəndiyini hiss edir. 

Ümumdünya Səhiyyə Təşkilatı tükənməni Xəstəliklərin Beynəlxalq Təsnifatına əlavə edərək, onu “iş fəaliyyətinin “fenomeninə” aid edib. ÜST bu sindromun simptomlarını əsas üç qrupa bölür:

  1. tükənmə və ya sarsılma hissi
  2. görülən işdə artan intellektual uyğunsuzluq, reallıqdan imtina hissi
  3. peşəkar səmərəliyin azalması

Xəstəliklərin Beynəlxalq Təsnifatı-11 tərtib edilərkən, səhiyyə sahəsində dünya mütəxəssislərinin tövsiyələri nəzərə alınıb. Bu gün tükənmə xəstəlik deyil, sindrom kimi nəzərdən keçirilir. 

Biz hər birimiz tükənmə sindromu ilə üzləşə bilərik. Bəzi sahələrdə tükənmə riski nisbətən daha yüksək olur, bunlardan biri də insanların sevdiyi işdir. Journal of Personality jurnalının dərc etdiyi tədqiqatın nəticələrinə əsasən, əməyin bu növü qeyri-sağlam fədakarlığa gətirib çıxara bilər. İnsan şəxsi həyat ilə iş arasındakı balansı itirir. Kanadada 12 şirkətin 3715 əməkdaşı arasında keçirilən tədqiqat göstərdi ki, yüksək motivasiyalı insanlar daha çox stress keçirirlər və daha az effektiv olurlar. 

Bütün diqqətini missiyası üzərində cəmləşdirən rəhbərlər, qeyri-kommersiya təşkilatlarının əməkdaşları, müəllimlər və məktəb direktorları, tibb bacıları – bunlar tükənmə riski yüksək olan peşələrdir. Permanente Federation təşkilatının direktorlarından və həkimlərindən biri olan Edward Ellison, Annals of Internal Medicine jurnalında tükənmə haqqında yazmışdır: “Narahatlıq, depressiya, yuxusuzluq, emosional və fiziki tükənmə ilə yanaşı, hər il təxminən 300-400 özünü həyatdan məhrum edir”. Həkimlər arasında intiharların sayı digər peşələrlə müqayisədə daha çoxdur – qadınlar 40%, kişilər arasında isə 130%. Hollandiyada keçirilmiş tədqiqatın nəticələrinə görə, qadın həkimlər xəstələrə daha mərhəmətli olurlar və nəticədə emosional baxımından daha tez tükənirlər. 

Səhiyyə sektorundan əlavə olaraq, işində müvəffəq olmağa çalışan menecerlər arasında da tükənmə sindromu yayılıb. Bir qayda olaraq, psixiki problemlər və ya fiziki narahatlıqlar yaşayan insanlar işə gəlmək məcburiyyətində olurlar. Nəticələrə yönələn mühit kollektivdəki münasibətləri arxa plana çəkir və tükənməyə gətirib çıxarır. 

 Ellison hesab edir ki, süni intellekt və avtomatlaşdırma kimi texnologiyalar insanlara tükənmə sindromu ilə mübarizədə kömək edə bilər. Positive Digital Culture şirkətinin CEO-su olan Amy Blankson hesab edir ki, texnoloji nailiyyətlər həm faydalı, həm də zərərli ola bilər. Çox vaxt insanlar “rəqəmsal sərhədləri” müəyyən etməkdə çətinlik çəkirlər, çünki müasir dövrdə dünyada baş verən hər bir şeydən xəbərdar olmaq zərurəti mövcuddur. “ABŞ-da işləyən əhalinin 50% elektron poçtunu gecə saat 11-dən sonra yoxlayırlar ki, baş verən hadisələrdən xəbərdar olsunlar. Nəticədə tükənmə halları çoxalır, motivasiya isə aşağı düşür”, – ekspert qeyd edir. Tədqiqatların birində məlum ki, səhiyyə sahəsində informasiya texnologiyalarının inkişafı, həkimlər arasında tükənməni daha da gücləndirib.  

Rəhbərlər öz əməkdaşlarına necə kömək edə bilərlər? “Əgər işiniz sizi ihamlandırırsa, bəlkə sərhədləri müəyyən etməyi bacarmırsınız? Biz insanlara sərhədlərin normal bir şey olduğunu öyrətməliyik. Bu eqoistlik deyil, təmənnasızlıqdır. Yalnız bu halda səmərəli ola biləcəksiniz”, – Ellison qeyd edir. 

“Also Human” kitabının müəllifi və psixoloq Caroline Elton-un fikrincə, rəhbərlər öz işçilərinin fiziki və emosional sağlamlığına diqqət yetirməlidirlər. O, özündə “dolayı indekslərin” monitorinqini birləşdirən konkret praktiki alətlər təklif edir. Mütəxəssis hesab edir ki, tükənmə sindromu sistematik xarakter daşıyır və liderlərə  “inadkar” sözündən imtina etməyi təklif edir.  

Hər kəs bütün həyatını həsr etdiyi işdən sonra şəxsi həyatına enerji və motivasiya dolu qayıtmaq arzusundadır. Əlbəttə ki, bu monotonluqdan daha yaxşıdır. Ehtiyatlı olun, bəlkə elə indi fasilə etməyin və ya fasilə etmək təklifini irəli sürməyin vaxtıdır?  

Son xəbərlər
Oxşar xəbərlər