19 C
Baku
Thursday, April 25, 2024

Niyə Tramp Qrenlandiyanı almaqda maraqlıdır?

Ağ ev Qrenlandiyanı almağı planlaşdırır və bununla bağlı aktiv şəkildə müzakirələr aparır. Bu haqda Fox News-da ABŞ Prezidenti Donald Trump-ın aparıcı iqtisadi məsləhətçisi, Ağ Ev Milli İqtisadiyyat Şurasının rəhbəri Larry Kudlow bildirib.

Banker.az xəbər verir ki, “Mən heç bir proqnoz vermək istəmirəm. Sadəcə Qrenlandiyanı satın almasını öyrənmək istədiyini söyləyirəm”,- məsləhətçi qeyd edir.

Məsləhətçinin verdiyi məlumata görə, danışıqlar “inkişaf edir” və ABŞ-ın 33-cü prezidenti olan Harry Truman da həmçinin Danimarkanın bir hissəsi olan dünyanın ən böyük adasını satın almağı planlayıb.

“Danimarka Qrenlandiyaya sahibdir, Qrenlandiya strateji bir yerdir və qiymətli mineralları ilə zəngindir”.

Trampın Qrenlandiyanı almaq niyyətində olduğu 16 avqustda məlum olub, bu barədə The Wall Street Journal məlumat verib. Amerikan lideri sentyabrda Danimarkaya səfər etməyi planlaşdırır.

Qrenlandiyanın Xarici İşlər Naziri bildirib ki, biznes və turizm üçün hər zaman açığıq, lakin heç vaxt satılmayacağıq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər