9 C
Baku
Thursday, December 12, 2024

Niyə “Apple” və “Google” dakı insanlar sizdən daha məhsuldar işləyirlər?

Səbəb təşkilatın, prioritetlərin, inamın və liderliyin nisbətinin düzgün seçməkdədir, Fast Company yazır.

Bain & Company konsaltinq firmasının apardığı araşdırmaya görə, Apple, Netflix, GoogleDell kimi şirkətlər digərləri ilə müqayisədə 40% daha məhsuldardır.

Sizə elə düşünə bilərsiniz ki, bunun əsas səbəbi bu şirkətlərin ancaq yüksək ixtisaslı işçiləri işə götürməsindədir. Bain-in əməkdaşı Maykl Mankins elə hesab eləmir. 

“Araşdırmamız göstərir ki, bu şirkətlərdə yüksək ixtisaslı işçilərin (ulduzların) payı cəmi 16% təşkil edir. Qeyd edim ki, digər şirkətlərdə bu göstərici 15%-dir, – mütəxəssis qeyd edir. – Fərqin az olmasına baxmayaraq, bu şirkətlər daha böyük müvəffəqiyyət qazana bilirlər”. 

Məsələ bu şirkətlərin “ulduzlar” dan necə istifadə etməsindədir. Dünyadakı 12 sənaye sektorundakı iri şirkətlərin rəhbərləri məhsuldarlığa insan kapitalının üç komponentindən ən çox təsir etdiyini söyləyirlər: vaxt, istedad və enerji. Korporasiyalar iş prosesini elə təşkil etdilər ki, məhsuldarlıq 40% artdı və nəticədə onlar sənayenin bu sahəsində fəaliyyət göstərən digər şirkətlərdən 30-50% çox qazanmış olurlar. 

“Cümə axşamı günü saat 10-a kimi işlərinin çox hissəsini artıq bitirmiş olsalar da, işləməyə davam edirlər, – Mankins qeyd edir. – Və bu fərq ildən ilə üst-üstə toplanaraq, sonra məhsuldarlığın 40% artması ilə nəticələnir”. 

Müəllifin “Zaman, istedad, enerji: təşkilati məhdudiyyətlərin öhdəsindən gəlin və komandanızın istehsal gücünü ortaya qoyun” kitabından götürülmüş ən faydalı məqamları sizinlə bölüşürük. 

Oyunçuların qruplaşması

Mankinsin sözlərinə görə, orta statistik şirkət bərabərləşdirmə metodundan istifadə edir. Google Apple kimi şirkətlər isə qəsdən bərabərsizliyə güvənirlər. 

“Onlar şirkətin strategiyasına birbaşa təsir göstərən mövqeləri seçirlər və bu vəzifələrə ən istedadlı işçilərlə doldururlar”, – Mankins bildirir. – Digər vəzifələrdə “ulduz” oyunçuların sayı adətən az olur”. 

Buna misal olaraq mütəxəssis 2000-ci illərin əvvəllərində AppleMicrosoft şirkətlərini göstərir. “MacOS X-i inkişaf etdirmək, səhvləri düzəltmək üçün iki il ərzində Apple 600 mühəndisin bilik və təcrübəsindən istifadə etdi, – o, qeyd edir. – Müqayisə üçün Microsoft-un 10 min mühəndisini götürək. Windows Vista əməliyyat sistemini inkişaf etdirmək üçün beş ildən çox vaxt tələb olundu”. 

Apple və Microsoft-un istifadə etdikləri strategiyalar bir-birindən fərqlənirlər. Birinci yalnız “ulduzlardan” istifadə etdisə, sonuncu işçiləri 20/80 nisbətində böldü. 

“Ulduz oyunçusu olmayan komanda üzvlərinin sayı artdıqca, məhsuldarlıq daha da azalır”, – o, deyir. – Əgər komanda yalnız ulduz oyunçulardan təşkil olunubsa, məhsuldarlıq inanılmaz səviyyədə yüksək olur”. 

Təşkilati məhdudiyyətlərin ləğv edilməsi

Mankinsin sözlərinə görə, orta statistik şirkət təşkilati məhdudiyyətlərin üzündən məhsuldarlığın təxminən 25%-ni itirir. Bu, şirkət böyüdükcə, işçilərə müstəqil şəkildə qərar vermək hüququnu vermək əvəzinə, proseslərin yeridilməsi meyli olduqda baş verir. Qiymətləndirmələrə görə, təşkilati məhdudiyyətlər iqtisadiyyata ildə 3 trilyon dollardan baha başa gəlir. 

Ən geniş yayılmış proseslərdən biri xərclərin idarə olunmasıdır. “Şirkətlərin sonunda xərclərə limit qoyulur, əməkdaşlar isə izlənilir. Netflix-də əksinə, xərclər siyasəti ümumiyyətlə yoxdur. Yeganə qayda – “Netflix-in maraqlarına uyğun olaraq hərəkət et”. Şirkət işçilərinə deyir: “Biz düşünürük ki, buraya şirkətə ziyan vurmaq üçün gəlməmisiniz. Və biz insan kapitalından istifadə edən, vaxt itkisinə səbəb olan və artıq enerji xərcləyən proseslərdən imtina edirik”. 

Motivasiya verən liderlər

Maraqlı olan işçi 44%, motivasiyalı işçi isə 125% daha məhsuldar olur. Əməkdaşlarını daim motivasiya edən şirkətlər digərlərindən daha yaxşı işləyirlər. 

“Əslində, ilham vermək bacarığı sonradan da inkişaf etdirilə bilər. Belə inkişafa sərmayə edən şirkətlər məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmış olurlar”. 

Dell Technologies motivasiyası yüksək olan insanlarla orta statistik komandalar arasındakı fərqə vardı. “Rəhbərlərindən motivasiya alan işçilərin məhsuldarlığı 6% yüksəkdir və bu, əlavə 1 milyard dollar gəlir deməkdir”. 

Fərdi istedad çox gözəl bir şeydir, lakin o, şirkətləri ulduzlara çevirmir, Mankins söyləyir. 

“Biz yüksək məhsuldarlığı ilə fərqlənən fərdlərin vərdişlərini təqlid etmək üçün bir çox vasitələrə əl ata bilərik, ancaq bu təşkilatın fəaliyyətinə zidd olduqda, nə etməyimizin əhəmiyyəti olmur. Yüksək səmərəli şirkətlər fərdə deyil, komandaya diqqət yetirirlər”. 

 

Son xəbərlər
Digər xəbərlər