Fevral ayının əvvəlində V. Bruk Elliott Gies College of Business-də Online MBA proqramına rəhbərlik etməyə başladığı zaman, onun bəzi həmkarları bu addımın əlverişsiz vaxta düşdüyünü söylədilər. O, ən sürətli böyüyən MBA proqramının direktoru oldu. Ümumi dəyəri 22 min dollar olan iMBA istifadəyə verildikdən dörd il sonra təxminən 3 min tələbə topladı.
Elliottun həmkarları əmin idilər: bu cür artım tempini dəstəkləmək mümkün deyil. Dekan müavini vəzifəsinə təyin olunandan bir neçə gün sonra isə koronavirus pandemiyası başladı. Bütün dünya üzrə fiziki siniflər bağlandı, mühazirələr virtual məkana keçdi və milyonlarla tələbə Zoom-la qarşılaşdı.
“Biz bütün dərs proqramların distant rejimə keçməsinin onlayn-proqramlara tələbin azalmasına səbəb olacağından qorxurduq”, – deyə Elliott izah edir. – Bəzən Zoom-dakı dərslər çox da yaxşı təəssürat yaratmır, çünki dinləyicilərin diqqətini saxlamaq düşündüyünüz qədər asan deyil”.
“Distant mühazirələr və onlayn təhsil eyni şey deyil”
Doğrudur, azalma baş verə bilərdi. Belə ki, pandemiyanın yaratdığı qəfil distant rejim tələbələri məyus etdi. OneClass onlayn imtahana hazırlıq xidməti tərəfindən aparılan sorğuya görə, respondentlərin 75%-i biliklərinin keyfiyyətindən əmin deyildi. Tələbələrin çoxu təhsil haqqının geri qaytarılmasını tələb edirdi.
Eyni zamanda Zoom-dakı mühazirələrin tələbələrdə mənfi təəssürat yaradacağı barədə müəyyən narahatlıqlar var idi. Baxmayaraq ki, distant təhsil və onlayn proqramlar bir-birindən kökündən fərqlənən anlayışlardır. Offlayn dərs zamanı professor mühazirələrin izahına, təhlilinə və dərk edilməsinə çox vaxt və enerji sərf edə bilər.
“Distant dərslər və onlayn təhsil eyni şey deyil, – deyə Elliott qeyd edir. – İnsanlar başa düşdülər: onlar normalda virtual formatda keçirilməyən distant mühazirələrə ehtiyac duymurlar. Biz onlayn kurslarımızın strukturunu və dinləyiciləri necə maraqlandıracağımızı əvvəlcədən düşündük. Əgər insanlar yaxşı reputasiyaya sahib olan kurs və sadəcə distant dərslər arasında seçim etmək məcburiyyətində qalsalar, birinci variantı seçəcəklər”.
“Onlayn təhsilə tələb əvvəllər olduğundan daha yüksəkdir”
Nəticədə nə baş verdi? “Hazırda onlayn təhsilə olan tələb hər zamankindən daha yüksəkdir, – deyə B. Bruk Elliott vurğulayır. – Qəbul olan tələvə sayında böyük artım görürük. Elə indi 2400 müraciətimiz var, bu da keçən illə müqayisədə 30% çoxdur.
Gies tək deyil. Daha əvvəl Questrom School of Business (Boston University) sentyabr ayında 250-300 tələbəni onlayn MBA-ya cəlb etməyi planlaşdırırdı – indi söhbət 400 nəfərlik kursdan gedir. Nəticədə, hədəf 33-60% aşılanacaq və onlayn proqramda əyani MBA-dan 100 nəfər çox tələbə olacaq.
Daha əvvəl söz getdiyi BU-dan başqa Howard University və Wake Forest University məktəbləri də onlayn MBA kurslar təqdim edirlər. Onlayn seçimləri daha məqabul edən ekosistem, xüsusi MBA reytinqlərindən tutmuş proqramlarını genişləndirmək istəyən məktəblərə qədər möhkəm təmələ sahibdir.
Qeyd edək ki, onlayn təhsili tətbiq edən ilk universitetlərdən biri Kelley School of Business (Indiana University) olmuşdur. Məktəbin statistik məlumatlarına görə, bu il erkən mərhələdə onlayn MBA üçün müraciət edənlərin sayı keçən illə müqayisədə 15% çoxdur. Kelley-nin onlayn təhsil şöbəsinin müdiri Ramesh Venkataramanın sözlərinə görə, distant təhsilə keçid çoxlarının onlayn kursları bərabər alternativ kimi görməsinə səbəb oldu. “Tamlıq haqqında ümumi təsəvvür formalaşır. Fikrimcə, keyfiyyətli onlayn-təkliflər bazarın ayrılmaz hissəsinə çevrilməlidirlər. Əvvəllər bu açıqlama şübhə doğura bilərdi”.
Çeviklik və aşağı qiymət – Online MBA-nın əsas üstünlükləridir
Onlayn təhsil proqramlarının ən vacib üstünlüyü onların çevik və ənənəvi MBA ilə müqayisədə daha ucuz olmasıdır. Belə ki, tələbələr təhsil alarkən işlərindən və gəlirlərindən imtina etmək məcburiyyətində olmurlar. Şübhəsiz ki, Online MBA kursu sizə daha ucuz başa gələcək. Məsələn, Kelley mətəbində ənənəvi biznes təhsil kursun illik haqqı 111 352 (illik təhsil haqqı, kitablar, digər ehtiyaclar) təşkil edir və bu, Online MBA-dan 33% çoxdur.
Digər nümunələrə nəzər yetirək: Kenan Flager Business Schoo-da (UNC) ənənəvi MBA sizə 125 589 dollara gələcək ki, bu da online kursla müqayisədə 33% çoxdur. “Tələbələrin bir qismi bu vaxtdan istifadə etmək istəyir – işə gedən yolda deyil, evdə oturarkən, – deyə Kenan-Flager-in nümayəndəsi Kara Adams söyləyir. – Bir çox şirkət işçilərinin gələn ilə qədər ofisə geri qaytarmayacağını açıqladığı üçün, abituriyentlər təhsillərinə start vermək qərarına gəldilər: bu, yeni cədvələ uyğunlaşmaq, şəxsi həyat və iş arasında tarazlıq saxlamaq və zamanı düzgün bölüşdürməyi öyrənmək üçün fürsətdir.
“Səhiyyə böhranı şəraitində bir şey aydın oldu: distant iş effektiv ola bilər”
“Səhiyyə böhranı zamanı hər kəs başa düşdü: distant rejimdə də səmərəli işləmək olar. Buna görə də biz belə qarşılıqlı fəaliyyətə açığıq. Onlayn oxuduğunuz zaman digər tələbə yoldaşlarınızı sanki qonaqlığa dəvət etmiş olursunuz. Arxa fonda uşaqlar və ya itlərlə pişiklər qaçır, kitab rəflərində ailəvi şəkillər durur”, – deyə Elliot qeyd edir.
Hal-hazırda sabitlik yoxdur və insanlar bunu sevmirlər, çünki belə dövrlərdə planlar qurmaq çox çətindir. Daha çevik olan Online MBA bu qeyri-müəyyənliyi bir qədər azaldır: siz daha az kurs keçmək və ya bir semestri buraxmaq şansına sahibsiniz. Zərurət yarandıqda, ödənişsiz məzuniyyətdən yenidən işinizə qayıda bilərsiniz. Bəlkə də uşaqlarınız hələ bir müddət ərzində məktəbə getməyəcəklər. Heç kim sizi bir axın ilə hərəkət etməyə məcbur etmir – burada iki illik limit var. İstədiyiniz zaman tətilə çıxa bilərsiniz.