13 C
Baku
Monday, September 30, 2024

Niyə “Facebook”, “Google” və digər İT korporasiyala Hindistanın “Jio Platforms”-na sərmayə qoyur?

Jio Platforms şirkətinin nailiyyətləri

2010-cu ildə sahibkar Mukeş Ambani Hindistanda 4G şəbəkəsini yaratmaq üçün Jio Platforms şirkətini qurdu. İndi o, 64,5 milyard dollar sərvəti ilə dünyanın ən zəngin on adamından biridir, Jio operatoru isə 1973-cü ildə yaradılan və Hindistanın ən böyük holdinqlərindən biri olan Reliance Industries-in bir hissəsidir.

Ambaninin nailiyyətləri:

  1. 2006-cı ildə ərzaq, geyim və elektronika istehsalı ilə məşğul olan Reliance Retail şirkətini qurdu.
  2. Jio Platforms ilk dəfə ölkədə 4G şəbəkəsini işə saldı, hal-hazırda 5G və 6G üzərində iş gedir.
  3. 2020-ci ilin mayında Jio operatorunun abunəçi sayı 388 milyona çatdı.
  4. Jio Platforms-dan əvvəl Hindistanda İnternetin yayılması 20% olub. 2016-cı ildə şirkət bu göstəricinin 95%-ə çatmasına nail oldu.
  5. Operator İnterneti daha ucuz etdi: 1 GB İnternetin qiyməti 3,5 dollardan 20 sentə düşdü.
  6. Jio Platforms öz meydançalarını işə saldı: JioCinema onlayn-kinoteatrı, JioMusic musiqi striminq xidməti, JioXpressNews xəbər aqreqatoru.

Jio Platforms şirkətinin investorları

ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-nin investisiya fondları ilə yanaşı, Jio Platforms şirkətinin investorları arasında Facebook, GoogleQualcomm kimi İT nəhəngləri var. Onların pulları bunların inkişafına xərclənəcək:

  1. Google münasib qiymətə olan smartfonlar üçün uyğunlaşdırılmış Android versiyasını hazırlayacaq. Nəticədə, bu qurğular da beşinci nəsil şəbəkədən istifadə edə bilərək.
  2. Qualcomm 5G da daxil olmaqla, Hindistanda Jio Platforms-un tərəfdaşı olacaq.
  3. Facebook rəqəmsal ekosistemlər yaratmağı və elektron ticarəti inkişaf etdirməyi planlaşdırır. Kiçik biznes üçün nəzərdə tutulan JioMart, gələcəkdə WhatsApp ilə birləşə bilər.

названия000

Niyə şirkətlər Jio Platforms-a investisiya qoyur?

Qeyd edək ki, dünyanın ən böyük elektron ticarət bazarı Çindədir (ildə 672 milyard dollar gəlir gətirir). Hindistan bazarı onunla müqayisədə bir neçə dəfə kiçikdir: IBEF-in 2020-ci il üçün proqnozuna görə, bu bazar sahibkarlara 120 milyard dollar gəlir gətirəcək (IBEF -Hindistanın Ticarət Nazirliyinin fondudur).

Çində electron ticarətin illik artımı 18%, Hindistanda isə 51% təşkil edir ki, bu da onu onlayn ticarət istiqamətində ən böyük sürətlə inkişaf edən bazara çevirir. Qeyd edək ki, Hindistanın cəmi 1,36 milyard nəfər əhalisi var və 2019-cu ildə onlardan cəmi 637 milyon nəfər İnternet istifadəçisi olub.

ABŞ və Çin ticarət müharibəsini apararkən, Hindistan Qərb İT şirkətlərinin inkişafı üçün ən böyük perspektivli rəqəmsal bazarlardan birinə çevrilməkdədir.

Bundan əlavə, Hindistan TikTokWeChat da daxil olmaqla Çinin 59 tətbiqetməsini bloklayıb. Bu, Jio Platforms və onun tərəfdaşı olan şirkətlər üçün əlavə imkanlar yaradır.

Jio Platforms şirkətinin tərkibində olan Reliance Industries, Forbes reytinqində ictimai şirkətlər arasında 58-ci sırada yer alır. O, 123,8 milyard dollar dəyərində qiymətləndirilir və hal-hazırda Hindistdakı ən böyük şirkətdir.

Eyni zamanda, Jio Platforms Qərb yarımkürəsində inkişaf edən istiqamətlərin analoqları üzərinə çalışır: rəqəmsal xidmətlər, çatdırılma, əlaqə. Buna görə də onunla əməkdaşlıq Google, Facebook və digər Amerika korporasiyalarına Hindistan bazarında pay qazanmağa kömək edəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər