BİR ÇOX İNSANLAR “İradəni inkişaf elətdirməyin 30 yolu” kimi həvəsləndirici məqalələri oxumağı və yazmağı sevir. Lakin çoxlarının xoşlamadığı şey bu məqalələrdə göstərilən məsləhətlərin yararsız olduğunu açıqlamaqdı. Yəni, məsləhətlər pis deyil. Və bir çox insan onları real həyatda tətbiq etməyə çalışır. Lakin burada bir problem var – onları tətbiq etməyə başlayanda daxildə böyük müqavimət yaranır. Bu müqavimət o qədər güclüdür ki, məsləhətləri tətbiq etmək mümkün olmur. Problem nədədir?
Cavab, əslində, çox sadədir – biz özümüz də nə istədiyimizi bilmirik.
“Bu necə ola bilər ki?”, – deyə bilərsiniz. – “Biz nə istədiyimizi çox yaxşı bilirik! Pul, sağlamlıq və digər şeylər! Bütün bunlar pis bir şeylərdir?”.
Yox, pis deyil, əlbəttə ki. Sadəcə burada bir nüans var – “pul”, “sağlamlıq”, “xoşbəxtlik” və s. mövcud deyil. Həyatda konkret nailiyyətlər var. Və bu nailiyyətlə konkret addımların nəticəsidir. Və çox vaxt bu addımlar bizim istəklərimizlə əlaqəli olmur.
Məsələn, siz hər hansısa internet layihə üzərində çalışırsınız. Oturub onun üzərində işləməyə başlamısınız…yox, başlamamısınız. Sosial şəbəkələrə girib dostlarınızın paylaşımlarını oxuyursunuz. Niyə?
Bəli, çünki siz əslində bu layihə üzərində işləmək istəmirsiniz. Ya da yox, əlbəttə ki, istəyirsiniz. Lakin sizin tək istəyiniz bu deyil. Siz həmçinin rahat olmaq istəyirsiniz. Və ya istirahət etmək. Və ya özünüzü təhlükəsizlikdə hiss etmək. Və bu, yeri gəlmişkən, tamamilə normaldır. Bəs layihəni hazırlayarkən bu istəkləri nəzərə aldınızmı? Yoxsa layihə görə bütün bunları qurban verməyə hazırsınız? Ya hazır deyilsiniz?
Və sonra məlum olur ki, bizim əsl istəklərimiz düşündüyümüzdən daha mürəkkəb və çoxmənalıdır. Bəzən istəklərimiz bir-birinə zidd ola bilər.
Yox, əlbəttə ki, siz özünüzü aldada bilərsiniz. “Sadəcə iradəm yoxdur” deyə bilərsiniz. Bəs iradə dedikdə nə başa düşürsünüz? İradə – bir istəyi digər daha vacib olan istəyə qurban verməkdir. Burada belə bir sual ortaya çıxır: bəlkə onların hər iksi vacibdir?
Nə pis oldu…
Yaxşı, bəs indi nə edək? Əgər dəqiq olaraq nə istədiyinizi bilmirsinizsə, bunu müəyyənləşdirin. Necə?
Həyatınıza baxın. Həyatınız boyu nə ilə məşğul olmusunuz, nədən qaçmışınız? Nədən xoşunuz gəlib və ya gəlməyib?
Bütün bunlar sizin əsl istəklərinizdir. Bəli-bəli, bu belədir.
Və sizin gələcəyiniz də “xoşuma gəlir” və “xoşuma gəlmir” ifadələrinin inkişafıdır.
Əslində, bu məntiqlidir. Siz özünüzü nəyisə istəməyə necə məcbur edə bilərsiniz? Siz ya istəyirsiniz, ya da istəmirsiniz. Və siz istəmədiyiniz bir şeyi istəyə və ya istədiyiniz bir şeyi istəməyə bilmirsiniz.
Bu o deməkdir ki, sizin əsas vəzifəniz öz istəklərinizi təhlil etməkdir.
Motivasiya dedikdə, özünü “nəyəsə məcbur” etmək nəzərdə tutulmur. Motivasiya – əsl istəklərini tapmaqdır, dərk etməkdir. Başa düşürsünüz?
Ona görə də özünüzlə mübarizə aparmağa çalışmayın. Oturub düşünün – əsl istəkləriniz nədir?