12 C
Baku
Friday, March 29, 2024

Niyə insanlar hələ də sığortaya inanmır?

Sığortalı həyat qəzalı həyat deyil, qəzaya hazırlıqlı həyatdır. Doğurdanmı biz hər zaman hər hansı bir qəzaya hazır ola bilərik? Bəli, əslində sığortayla bu mümkündür. Ancaq nədənsə sığortalı şəxslər çox zaman belə bir mümkünlüyü görə bilmirlər.

Bəzi sığorta şirkətləri isə bunu əsassız sayırlar. Onların fikrincə, biz özümüzü Avropa ölkələri ilə deyil, dünənki günümüzlə müqayisə etməliyik. Əlbəttə ki, dünya ölkələrinin sığorta şirkətləri bizdən çox irəlidədirlər. Çünki   Avropa ölkələrində  sığorta bazarının 200,  Azərbaycanda isə  20 illik tarixi var.   Onların fikrincə, əgər biz özümüzü 5 il bundan öncə ilə müqayisə etsək, hal-hazırda nə qədər inkişaf və təkmilləşməmizin şahidi olarıq.

Bütün bunlar həqiqətən də real olsaydı, insanların sığorta şirkətlərinə olan inamı daha da artmalı idi. İnsanlar min əziyyətlə əldə etdiyi avtomobili könüllü olaraq sığortalayanda hər hansı bir qəza baş verdikdə ən azından maliyyə problemləri ilə üzləşməyəcəyi barədə düşünürlər. Ancaq nədənsə bu hər zaman belə olmur. Bir çox şəxslər avtomobil qəzası törətdikdə isə əsassız olaraq sığorta şirkətlərindən imtina cavabı alırlar. Ya deyirlər ki, onlara bu hadisə barədə gec məlumat verilib, ya da deyirlər ki, bu məsələ hələ araşdırılmalıdır. Bildiyiniz kimi, belə bir araşdırmalara isə çox zaman tələb olunur. Qəzalı avtomobillər isə təmir vaxtını gözləyir.

 Avtomobil sahibləriylə sığorta şirkətləri arasında mübahisələr  daha çox qəzada dəyən ziyanın məbləğinin müəyyən edilməsi zamanı yaranır. Sığorta olunan ziyanın məbləğinin çox olmasını, sığorta şirkəti isə həmin məbləğin az olmasını idda edir. Münasibətlər hətta o qədər kəskinləşir ki, bəzən iş gedib çıxır məhkəməyə.

Son illərin təcrübəsi göstərir ki, belə hadisələrin sayı yüzlərlədir. Əksəriyyətinin də şikayəti eynidir. Sığorta şirkəti dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Bu zaman sığorta şirkətləri bəzən müqavilədə göstərilməyən halları bəhanə gətirərək müştəriləri süründürürlər. Mütəxəssislər isə deyir ki, əgər maşın həmin vəziyyətdə qalıbsa müraciətin 2-3 saat gecikdirilməsi imtina üçün əsas ola bilməz. Amma təəssüf ki, sığorta şikətləri bu üsullarla müştərini başdan edirlər.

Bəzi sığorta şirkətləri isə belə bir bəhanələr gətirərək müştəriləri yorurlar. Və nəticədə imkansız müştərilər daha da  ruhdan düşürlər.
Bununla yanaşı kreditlə maşın götürənlər bankın tələbi ilə  onun işlədiyi sığorta şirkətində avtombillərini sığorta etməyə məcbur edilir. Maşını tez almaq həvəsində olanlar müqavilə şərtlərilə tanış olmadan tələsik bu tələblərlə razılaşır. Nəticə etibarilə böyük bir narazıçılıq yaranır.

Düşünürük ki, bəzi siğorta şirkətləri yalnız mətbuatda öz məhsullarını reklam etməklə məhdudlaşırlar. Halbuki, öz işlərini əhalinin sığorta fəaliyyətinə inamının artırılması istiqamətində qurmalıdırlar. Ümidimizi qırmayaq. İnanıırıq ki, gələcəkdə Azərbaycanda da sığorta bazarında vəziyyət heç olmasa bir az da olsa Avropa ölkələrindəki kimi olacaq. Avropa ölkələrində isə bu sistem saat dəqiqliyi ilə heç bir problem olmadan fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.