21 C
Baku
Wednesday, May 1, 2024

Niyə məzuniyyət sizi “peşəkar tükənmə”dən xilas etməyəcək

Statistikaya görə, tam gün işləyən insanların təxminən 23%-i işdən zövq almaq əvəzinə, “tükənmə” və stress hissini keçirir. Digər 44%-i etiraf edir ki, bu hiss daimi olmasa da, zaman-zaman ortaya çıxır. Bu problem həm işəgötürənləri, həm işçiləri, həm də həkimləri narahat edir: 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə olaraq tükənməni “sağlamlığa təsir edən amil” kimi tanıyaraq, 2022-ci ildən etibarən qüvvəyə minəcək Beynəlxalq Xəstəliklər Təsnifatının yeni nəşrinə daxil etdi.  

Heç kim tükənməni necə məğlub edə biləcəyini bilmir. Lakin adi insanlardan soruşsanız, ən populyar cavablar arasında idman, hobbi, mehriban ailə və müntəzəm məzuniyyət olacaqdır. Məzuniyyətin tükənməyin öhdəsindən gəlməyə kömək edəcəyi fikri asan başa düşüləndir. İşdə stressə məruz qaldığımız üçün fasiləyə ehtiyac duyduğumuzu hiss etməyə başlayırıq və nəticədə, istirahət etdikdən sonra işlərin qaydasına düşəcəyinə ümid edirik. Yeganə problem bunun reallıqda töz təstiqini tapmamasıdır. 

Məzuniyyət əlbəttə ki, vacibdir. Tədqiqatçılar məzuniyyətsiz iş rejimini ürək xəstəliklərinin və depressiyanın inkişafı riskinin artması, habelə yaxınlarınızla münasibətlərin pisləşməsi və paradoksal olaraq əmək məhsuldarlığının azalması ilə əlaqələndirirlər. 

American Psychological Association assosiasiyasının apardığı araşdırma göstərir ki, adətən məzuniyyətdən sonra insan əhval-ruhiyyənin yaxşılaşdığını (68%), özünü isə daha enerjili (66%) və motivasiya dolu (57%) hiss edir. Bundan əlavə, işçilər stressin azaldığını (57%), məhsuldarlığın artdığını (58%), iş keyfiyyətinin isə yaxşılaşdığını qeyd edirlər. 

Eyni zamanda, bir çoxları istirahətin müsbət təsirinin işə qayıtdıqdan dərhal sonra (24%) və ya bir neçə gün ərzində (40%) buxarlandığını söyləyirlər. 

1990-cı illərin ikinci yarısında Tel Aviv University universitetinin alimləri elektronika istehsalçısı olan bir şirkətin 76 ofis işçisi ilə maraqlı təcrübə keçirdilər – onlardan iki həftəlik məzuniyyət öncəsi, məzuniyyət zamanı və məzuniyyətin sonrası “tükənmənin” əlamətlərini göstərmələri tələb olunurdu. Alimlər məzuniyyət zamanı “tükənmə” hissinin minimum səviyyəyə endiyini, lakin işə qayıtdıqdan sonra yenidən qayıtdığını müəyyən etdilər. Əgər məzuniyyətdən 3 gün sonra insanlar özlərini daha güclü və enerjili hiss edirdilərsə, işə qayıtdıqdan 3 həftə sonra istirahətin müsbət təsiri buxarlanaraq, yenidən məzuniyyət öncəsi səviyyəyə qayıdırdı. Maraqlıdır ki, elm adamları məzuniyyətdən məmnun və narazı olanlar arasında belə bir meyl gördülər – birincilərin stress səviyyəsi sonunculara nisbətən daha aşağı olurdu. 

Ekspertlərin fikrincə, bu problemi həll etmək üçün il boyu qısa (və ya çox qısa) fasilələr etməyi öyrənmək lazımdır. Bu, o deməkdir ki, naharınızı belə monitor qarşısında etməməlisiniz. Yaxşı olar ki, hər 1,5-2 saatdan bir fəaliyyətinizi dəyişdirsəniz, daha yaxşı olar. Beləliklə siz “tükənməyin” qarşısını ala, stressdə çıxa və orqanizminizin istirahət etməsi üçün yeni imkanlar yarada bilərsiniz. 

Həqiqətən də, qısa fasilələr məhsuldarlığı artırır və bu, dəfələrlə müxtəlif tədqiqatlar tərəfindən təsdiq edilib. Qeyd etmək lazımdır ki, tükənmə iş saatlarının çox olması, depressiya və ya çoxsaylı öhdəliklər səbəbindən olmaya da bilər. Çox güman ki, bunun əsas səbəbi işdən məmnun olmamağınızdır. 

Məzuniyyət sizə problemlərdən uzaqlaşmağa kömək edəcəkdir. Düzdür, tükənməyin öhdəsindən gəlməyin dəqiq resepti yoxdur, amma sınaya biləcəyiniz bəzi metodlar var. Motivasiyanı aşağı salan hisslərdən qurtulmaq üçün işinizdə ən çox hansı məqamları sevdiyinizi müəyyənləşdirin. Bu mövzunu rəhbərliklə müzakirə edin, yerinə yetirilməsindən enerji aldığınız tapşırıqlara üstünlük verin. 

Alimlərin fikrincə, tükənməyə gətirib çıxaran əsas amillərdən biri də kimdənsə və ya nədənsə inciməyiniz ola bilər. Məsələn, siz hər həftənin cümə axşamı günü dostlarınız ilə görüşürsünüz və ya ailənizlə birlikdə şam yeməyinə gedirsiniz – rəhbərliyiniz ilə danışın və bunların heç birini qaçırmayın. 

Tükənməyin öhdəsindən gəlmək üçün tədqiqatçılar bizə dörd addım atmağı təklif edirlər. Situasiya faktoru əsas rol oynadığından, bütün diqqətinizi ona yönəldin. İlk növbədə özünüzə qayğı göstərin – düzgün qidalanma, yuxu, fiziki və sosial fəaliyyət, habelə sizə güc verən digər şeylərə vaxt ayırın (bu, kitab oxumaq, meditasiya və ya gəzintilər ola bilər). 

Bundan əlavə, siz hansı münasibət və öhdəliklərin “sağlam olmayan stress” yaratdığını müəyyən etməyiniz vacibdir. Ola bilər ki, bu məsələni iş yoldaşları, müştərilər və hətta ailəniz ilə müzakirə etməli olacaqsınız. Bu, stressi azaltmağa, məhsuldarlığın səviyyəsini isə artırmağa kömək edəcəkdir. Dördüncü addım – sizə ilham verən ünsiyyət. Müsbət münasibətlər və yeni inkişaf imkanlarını müəyyənləşdirməyə kömək edəcək təlimçi və ya müəllim tapın. Düzdür, tükənmə bəzən həllolunmaz problem kimi görünür. Ancaq o, cəza deyil, sadəcə bir siqnaldır. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər