12 C
Baku
Saturday, November 23, 2024

Niyə “Microsoft”, “Oracle” və “Twitter” “TikTok”u almaq istəyirlər?

Hal-hazırda ABŞ-da yalnız “TikTok” haqqında danışılır və bu, xidmətin populyarlığı ilə əlaqəli deyil. Donald Tramp ABŞ-da xidməti bağlamaq istəyir və bir sıra iri şirkətlər “TikTok”un ABŞ və digər regionlardakı biznesini alamağa hazır olduqları barədə açıqlama verib. Bu, Trampın qəzəbini bir qədər soyudacaq, əyləncə xidməti bağlanmayacaq,  “ByteDance” şirkəti (“TikTok”a sahibdir) isə güclü yerli müttəfiqə sahib olacaq. Qeyd edildiyi kimi, alıcılar arasında “Microsoft”, “Oracle” və “Twitter” var. Niyə Amerikanın texnologiya nəhəngləri Çin xidmətinə görə bu qədər pul ödəməyə hazırdırlar?

Kim nə alır?

Donald Tramp ABŞ-da “TikTok”u bağlayacağını söyləyib. Səbəb – amerikalı istifadəçilərin məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülməsi. 

trump

“TikTok” üçün bu, potensial olaraq böyük bir problemdir: xidmətin ən aktiv auditoriyası ABŞ-dadır (təxminən 100 milyon nəfər) və şirkət bu bazarı itirmək istəmir. Hətta “ByteDance”ın rəhbərliyi belə “TikTok”un hissə-hissə satılmasının tərəfdarıdır: ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada. Alıcılar da var:

  1. “TikTok”u almaq istəyini açıqlayan ilk şirkətlərdən biri “Microsoft” olub. Şirkətin rəhbəri Statya Nadelala bununla bağlı Donald Tramp ilə danışıqlar apardığını söyləyib. Verilən məlumata görə, sövdələşmə qiymətə görə baş tutmaya bilər: “Microsoft” 30 milyard dollardan çox pul ödəməyə hazır deyil. 
  2. Bunun ardınca “Twitter”in “TikTok” biznesini almaq haqqında danışıqlar apardığı üzə çıxıb. Yeganə problem “Twitter”in o qədər pula sahib olmamasıdır: şirkətin özü 30 milyard dollar dəyərindədir. Rəhbərlik “TikTok”u almaq üçün əlavə kapital axtarmalı olacaq. “Reuters” agentliyinə müsahibə verən mənbələr şirkətin hazırkı səhmdarlarının bunun əleyhinə ola biləcəyini söyləyirlər. 
  3. Ən sonda da “Oracle” korporasiyasının bu yarışa qatıldığı məlum olub. Şirkətin pulu var (hətta çoxdur), qurucusu Larri Ellison isə Trampın tərəfdarıdır. Bütün bunlar onun “Microsoft” ilə mübarizədə qalib gəlmək şanslarını artırır. 

Bu şirkətlərə “TikTok” nə üçün lazımdır?

“TechCrunch” bu suala belə cavab verir: “əslində bu şirkətlərin “TikTok” u almaq istəyinin səbəbi hələ tam aydın deyil”. Bunda baxmayaraq, artıq müəyyən fərziyyələr var. 

Bulud biznesinin inkişafı. “Oracle” korporasiyasının öz bulud xidməti var, şirkət onu fəal şəkildə inkişaf etdirir, lakin o hələdə az tanınır və bu baxımdan “Amazon”, “Google”, “Microsoft”  və digərlərinə uduzur. “TikTok”un ələ keçirilməsi, “Oracle” korporasiyasına bütün xidmət infrastrukturunu buluda köçürməyə imkan verəcək. Bunun sayəsində biznes dərhal 10% artacaq, şirkət daha böyük və nəzərəçarpan olacaq, yeni müştəriləri cəlb etmək məsələsi asanlaşacaq. Yeri gəlmişkən, bu həm də “Microsoft”un “TikTok”u almaq istəyinin səbəblərindən biri hesab olunur. 

Məlumat həddindən artıq çoxdur. “TikTok”un amerikalı istifadəçiləri böyük miqdarda məlumat yaradırlar ki, şirkətlər onlara çıxış əldə edə bilərlər. Xüsusilə, onlara  gənclər maraqlıdırlar. Üstəlik, bir çoxları üçün “TikTok” “məktəblilər üçün yaradılmış oyuncaq”dir, bu isə böyük biznes üçün müsbət amildir. Şirkətlər tətbiqin imkanlarını daha geniş nəzərdən keçirirlər: məsələn, süni zəka, üz tanıma və digər populyar texnologiyaların istifadəsi. Ümumilikdə, “TikTok”u almaq100 milyondan çox istifadəçinin məlumatlarına giriş əldə etmək deməkdir. 

Bizneslə məşğul olmayan istifadəçilər. “The Verge” nəşrinin jurnalistləri “TikTok”un “Microsoft”a necə xeyir verə biləcəyini araşdırdılar. Şirkət mobil inqilabı əldən verərək, birinciliyi “Google” və “Apple”a verdi. Nəticədə “Microsoft” b2b bazarında güclü olsa da, gənc nəsil ilə heç bir əlaqəsi yoxdur: onun fəaliyyətinin böyük hissəsi biznes istifadəçilərinə yönəldilib. Office 356Azure – iş, LinkedIn – iş, Github – tərtibatçılar. Bəli, Xbox da var, amma bu seqmentdə istifadəçi sayı çox azdır. Nəticədə, müasir bir gənc Gmail-da elektron poçt yaradacaq, Google Docs tətbiqində sənəd açacaq, “Microsoft”un məhsullarından isə heç vaxt istifadə etməyəcək. “TikTok”u əldə etməklə şirkət bu boşluğu aradan qaldırmaqla yanaşı, yüz milyonlarla gənc istifadəçi qazanacaq. Mütəxəssislərin fikrincə, korporasiya aldığı satınalmalardan düzgün istifadə etməyi artıq öyrənib:  LinkedIn, Github və Mojang müstəqil komanda olaraq uğurla işləyirlər. Başqa sözlə desək, “TikTok”u almaqla, “Microsoft” biznes xidmətləri bazarında deyil, istehlak bazarında möhkəmlənəcək, “Google” və “Facebook” a rəqib ola biləcək. 

Gənclər. “The Washington Post” qəzetinin sözçüsü “TikTok”un “Twitter” üçün vacib olduğunu yazır. Düzdür, bu şirkətin milyonlarla istifadəçisi var, lakin onlardan ən populyarları Barak Obama, Rihanna, Katy Perry və Justin Bieber-dir. Daha dəqiq desək, “Twitter”in auditoriyası cavanlaşmır. “TikTok” ilə birləşmə bu problemi aradan qaldıracaq, eyni zamanda şirkət gəncləri hədəf alan reklamverənlər üçün daha cəlbedici görünəcək.

Və sonda demək istərdik ki, “TikTok” özü də yaxşı qazanır və inteqrasiya uğurlu olduğu təqdirdə, onu alan şirkətə böyük gəlir gətirə bilər. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər