5 C
Baku
Wednesday, March 26, 2025

Niyə POS-terminallardan istifadə etməliyik?

Nağdsız ödənişləri niyə POS-terminal vasitəsilə həyata keçirməliyik?

Banker.az xəbər verir ki, POS-terminal ticarət, xidmət və iaşə müəssələrində müştərilərin nağdsız ödənişlər həyata keçirməsinə, əməliyyatların şəffav və təhlükəsiz aparılmasına xidmət edir. Nağdsız ödənişlər zamanı POS-terminallardan istiafdə sahibkarlar üçün bir sıra üstünlüklər yaradır:

Xidmət sürətinin artırılması;

Hesablaşmaların rahat, şəffav və təhlükəsiz aparılması;

Vergi öhdəliklərinin yerinə yetirilməsi zamanı şəffavlığın artırılması;

Vergi orqanları tərəfindən aparılan yoxlamalar nəticəsində müvafiq vergilərin, əlavə faiz və maliyyə sanksiyalarının hesablanmaması;

Bəs istehlakçılar nağdsız ödənişləri niyə POS-terminallar vasitəsiylə həyata keçirməlidirlər?

POS-terminal vasitəsilə ödənişlər daha təhlükəsizdir;

İstehlakçı hüquqları qorunur, alınan malı geri qaytramaq və ya dəyişdirmək mümkündür;

Xərclərə nəzarət etmək olur;

“ƏDV geri al” layihəsindən faydalanmaq mümkündür;

Beləliklə, istehlakçılar ilk növbədə öz hüquqlarının qoruna bilməsi, sahibkarlar isə əlavə maliyyə itkilərinə məruz qalmamaq üçün ticarət, iaşə və xidmət sahələrində nağdsız ödənişləri POS-terminal vasitəsilə həyata keçirməlidirlər.

Nağdsız ödənişlər rahatlıq və təhlükəsizliklə yanaşı həm də şəffav hesabatlılıq, şəffav hesabatlılıq isə dövlət büdcəsinə dürüst vergi ödənişləri deməkdir.

Son xəbərlər
Digər xəbərlər