3 C
Baku
Thursday, February 27, 2025

Niyə Trampın son tarifləri avronu qorxutmadı?

ABŞ-ın ticarət məhdudiyyətlərinin Avropaya yönələcəyini bəyan etməsinə rəğmən, avronun ticarət diapazonu Prezident Donald Trampın inauqurasiyasından bəri ən dar səviyyədə qalır. Banker.az xəbər verir ki, Bloomberg bunu bazarın tarif təhdidlərindən yorulması ilə əlaqələndirib.

Bakı vaxtı ilə saat 14:57-yə olan məlumata görə, avro $1.0480 səviyyəsində cüzi ucuzlaşıb və son iki ayın ən dar günlük diapazonuna doğru irəliləyir. Bu, Trampın çərşənbə axşamı gecə Avropa İttifaqına tətbiq olunacaq xüsusi rüsumların 25% olacağını açıqlamasına bazarın zəif reaksiya verməsindən sonra baş verib.

Treyderlər rəsmi açıqlamaları gözlədiyindən avro tariflər barədə xəbərlərə daha az həssaslıq göstərir. Bu, Meksika və Kanada kimi ölkələrlə aparılan danışıqlardakı qeyri-müəyyənliklərə cavab olaraq formalaşıb. Tramp sonradan bu ölkələrə tətbiq ediləcək tariflərin bir ay gecikdirilməsinə razılaşmışdı.

“Bir növ, bazar artıq tariflərə yalnız onları gördükdə inanacaq”, – deyə ING-nin valyuta strategiyası rəhbəri Kris Törner bildirir. “Tarif təhdidi hələ də realdır, lakin bazarlara təsiri azalır.”

Tariflərin bazara təsirinin zəifləməsi ilə yanaşı, valyuta mübadiləsi üzrə hedcinq xərcləri də enib. Avronun dollara qarşı dalğalanmalarına qarşı müdafiə xərcləri son iki ayın ən aşağı səviyyəsinə yaxındır. Eyni zamanda, avronun son ticarət diapazonunu genişləndirməsi halında ödəniş verən opsiyalara tələbat yanvarın 21-dən bəri kəskin şəkildə azalıb.

879879
Spot avro-dollar, günlük diapazon:

“ABŞ Avropa İttifaqına 25% tarif tətbiq etdiyini elan edir və avro buna cəmi 50 punktdan az hərəkətlə cavab verirsə, deməli, Prezident Donald Trampın ən sevimli sözü artıq öz təsir gücünü itirib” – deyə, — Ven Rem bildirib.

Hedcinq xərclərinin azalması xüsusilə nəzərəçarpacaqdır həddədir, çünki bir həftəlik opsiyalar martın 6-da keçiriləcək növbəti Avropa Mərkəzi Bankının iclasını əhatə edir. “Morgan Stanley” strateqləri hesab edirlər ki, siyasətçilər faiz dərəcələrinin artıq məhdudlaşdırıcı səviyyələrə yaxınlaşdığına işarə edə bilərlər. Bu, avronu gücləndirə biləcək “şahin” bir sürpriz ola bilər.

“Martın ECB iclası mühüm dönüş nöqtəsi ola bilər”, – deyə Morgan Stanley-nin inkişaf etmiş bazarlıar üzrə Foreks strategiyası rəhbəri Devid Adams qeyd edir. Onun sözlərinə görə, avronun $1.0540 səviyyəsini aşması ortaq valyutanın daha davamlı bir yüksəliş dövrünə qədəm qoyduğunu göstərə bilər.

 

Son xəbərlər
Digər xəbərlər