-1 C
Baku
Sunday, December 15, 2024

Niyə uşaqlarımız heç nəyə həvəsli deyillər?

Çox keçmədi ki, dostlarım məndən kömək istədilər. Bu, olduqca xoşbəxt bir ailədir, valideynlər maliyyə sənayesində top-menecer kimi çalışırlar, oğulları isə üçüncü kurs tələbəsidir. Ancaq bu pazlın bir parçasını tapmaq mümkün olmurdu: gənc oğlan gələcək karyerasının necə inkişaf edəcəyini bilmirdi. O, hərdən özünü yaradıcılıqda sınamaq istədiyini deyirdi, amma heç nə etmirdi.

Uşaqla ilə onun mümkün peşəkar perspektivlərini təhlil etmək üçün görüşəndə məlum oldu ki, 20 yaşlı gənc öz seçim sahəsini ümumiyyətlə görmür və ən xoşagəlməz an – özünü tapmağa o qədər də həvəsli deyil. Oxuduğu prestijli universiteti valideynləri seçmişdi, indi isə “nəsə düz deyil” fikri gələndə, yetkin insanın dünyada özünü necə sübut edəcəyini bilmədiyi ortaya çıxmışdı.

Çaş-baş qalan həmin o oğlan tək deyil. Bu, kifayət qədər spesifik bir tələbdir. Bir qayda olaraq, belə uşaqların valideynləri uğurlu menecerlər və liderlərdir, motivasiya və ambisiyalarla heç bir problemləri yoxdur. Onların əksəriyyəti “özünü özü yaradıb” və karyeranı anadangəlmə malik olduğu şərtlərdən qurub.  Ancaq indi onlar belə bir sualla qarşılaşırlar: “Niyə bizim 20 yaşlı uşaqlarımız heç nə istəmirlər?”.

Bu uşaqlarla (onlar artıq gənc peşəkardırlar) söhbət etdikdən sonra onların problemini belə formalaşdırmaq olar: müəyyən səviyyədə istehlak və həyat keyfiyyətinə tələb, yaxşı təhsil və özünəgüvən var. Lakin məzunlar şərti McDonald’s-da işə başlamaqla kifayətlənmirlər, daha ciddi bir işə isə qərar verə bilmirlər, çünki şirkətin “dəyərlər baxımından onlara uyğun olduğuna” əmin deyillər. Bu qeyri-müəyyənlik dövrü kifayət qədər uzun müddət davam edə bilər – nə qədər ki maliyyələşdirən tərəfin (əksər hallarda universiteti seçən də o olur) səbri var.

Bir qayda olaraq, problemin mənşəyi motivasiyanın olmamasıdır. Böyümüş uşaqlar elə bir dünyada yaşayırlar ki, onları prestijli və axtarılan peşəyə yiyələnməyə yola gətiriblər, indi isə diplom aldıqdan sonra özlərini necə reallaşdıracaqlarını başa düşə bilmirlər.

Bu problemi onun yaranmasına səbəb olanlarla – valideyn-müdirlərlə həll etmək mümkündür. Həlli üç qayda şəklində formalaşdırmaq olar: “Çəkilmək. Dəstək olmaq, Susmaq”.

Birinci qayda. Təhlükəsiz məsafəyə çəkilmək

Uşaqlardan əl çəkin. Nəzərə alsaq ki, onlar artıq uşaq deyil, yetkin mütəxəssisdirlər. Əlindən tutub müsahibəyə gətirməyin, vakansiyalar axtarmayın, tanışlarınızdan kömək istəməyin. Bir qayda olaraq, oğul və ya qız bu cür köməyə ya imtina, ya da tamamilə əks hərəkətlə cavab verəcək. Ancaq eyni zamanda hər şeyi şansa buraxıb geri çəkilə bilmərsiniz. Onun üçün ev kirayəyə götürüb nə vaxtsa müstəqil olacağını gözləmək mümkün olmayacaq, əgər bundan qabaq bütün qərarları siz verirdinizsə.

Belə hallarda dəstək qrupuna ehtiyacınız var. Əgər əvvəllər uşağınızın sosiallaşması oyun meydançası / dərnəklər vasitəsilə olurdusa, indi dünya haqqında anlayışımızı formalaşdıran bir mühit axtarmalıyıq. Bəzən onu müxtəlif təhsil proqramlarında görürük, lakin bu, maliyyə baxımdan baha başa gələn seçimdir.

Ən effektiv yol – sorğunuz ətrafında icma yaratmaqdır. 21 yaşlı məzun öz hekayəsini paylaşdı. O, kulinariya dərslərini yaratmaq istədi, lakin nədən başlamalı olduğunu bilmirdi. Və sadəcə sosial şəbəkədə bu barədə yazdı, dostlarından postu “repost” etməyi xahiş etdi. Nəticədə, gənc oğlan qəhvəxanada müntəzəm görüşlər təşkil elədi və tədricən 10 nəfərlik icma qurdu. Adətən bu cür dəstək qrupları pulsuz olur və insana aktiv olmağa kömək edir.

Qrup dinamikasında vacib olan nədir və bu, öz müqəddəratını təyin etmək üçün nə qədər önəmlidir?

Birincisi, belə qruplarda insanlar bir-birinə daha çox güvənir: hamı fərqli və bərabərdir, üzvlər arasında daimi “tozlanma” baş verir. İkincisi, bu, axtarış, dəstək, münaqişələr və liderliyin təzahür etdiyi yerdir – valideyn himayəsi olmadan özünüzü sübut edə biləcəyiniz bir platformadır. Orada hər kəs müstəqildir hətta bir söz özünəgüvəni qaldırmağa kömək edir.

Biz təhsil proqramlarında formalaşdırdığımız kiçik qruplarda da oxşar qarşılıqlı əlaqəni görürük. Təəccüblüdür ki, onlardan tanımadığı üzvlərin səxavətlə bir-biri ilə bölüşdüyü çoxlu dəstək var. Məsələn, kimsə fərq etdi ki, introvert oğlan başqalarını yaxşı təşkil etməyi, ümumi bir konsepsiya ilə çıxış etməyi və onu həyata keçirməyi bacarır. Bu, özünəgüvəni çox gücləndirdi və oğlan tezliklə böyük bir reklam agentliyinə işə düzəldi. Digər nümunə – valideynləri ilə Şanxaya köçək və sinif yoldaşlarının vətənində işləməsi haqqında hekayələri eşitmiş bir qızdır. O, bu barədə düşünürdü, sonra təcrübə keçməyə başladı və bir ay keçmədən cəhd etmək istəyini başa düşərək geri qayıtdı.

İkinci qayda. Müqayisə etmədən dəstək olmaq

Dəstək – valideyn-övlad münasibətləri haqqında məqalələrdə səs-küy salır, sadəcə çox vaxt tərəflər bunu fərqli şərh edir.

Valideynlər dəstək deyəndə təxminən bunu nəzərdə tuturlar: “Ruhdan düşmə. Əmin ol ki, uğur qazanacaqsan. Bax, rəfiqəmin oğlu bacardı, iş yoldaşımın qızı isə xaricə getdi. Səndə yaxşı genetika var, çünki mən 22 yaşım olanda artıq kiçik şöbə müdiri idim”. Bu cür dialoqlar məzunun motivasiyasını kökündən məhv edir. O, tənqidlər və müqayisələr eşidir, hansılar ki heç də xeyrinə deyil.

Qəbul etmək çətin ola bilər, amma dəstək – insanı gördüyünüz və ya hiss etdiyiniz yüksəkliklərə zorla çatdırmaq demək deyil. Əksinə, ona təkbaşına pilləkən tikmək üçün lazımi materialları verməkdir. Öz nailiyyətlərinin təsviri uşaqları qorxuları ilə üzləşdirəcək. Gənclik hekayələri kömək etməkdənsə daha çox maneə törədəcək. Unutmayın ki, özünə güvənməyən insanın eşidə biləcəyi ən pis şey qohumları və tanışları ilə müqayisədir.

Belə hallarda uşaqlarınıza kömək edəcək tək şey öz zəifliyiniz haqqında hekayələrdir: uzun müddət necə uğursuz oldunuz, necə rədd edildiniz və bununla nə etdiniz, qəbul mərhələlərini necə aşdınız.

Valideynlər övladları üçün məşqçi olmalıdır, yəni vəziyyəti mümkün qədər aydınlaşdırmağa kömək etməlidir – uşaq indi haradadır, hara getmək istəyir və bu istiqamətdə əsas addımları birlikdə formalaşdımalıdır. Məqsədə çatmağın tək yolu – suallar vermək və dəstək olmaqdır. Ailədə bu ünsiyyət üsulu mümkün deyilsə, mövzuya müstəqil iştirakçı cəlb etməyə dəyər.

Üçüncü qayda. Susmaq və şərh bildirməmək

Ən çətini yetkin bir insanın öz yolu ilə necə getdiyini izləmək və valideynlərinin nöqteyi-nəzərindən şübhəli və perspektivsiz inkişaf istiqamətini seçsə də, onu düzəltməməkdir. Belə ki, hərəkətlərin tənqidi öncəki motivasiyanı məhv edir.

Budur ki, təcrübədən bir neçə nümunə. Sahibkarlar ailəsi London və Moskva arasında yaşayırdı. 19 yaşlı oğul atasından bir neçə min dollar borc istədi, amma bu pulun ona nə üçün lazım olduğunu demədi. Ata verdi, baxmayaraq ki, məqsədlərin qeyri-qanuni ola biləcəyindən narahat idi. Bir neçə aydan sonra məlum oldu ki, bu məbləğ gəncin Moskvada uğurla satdığı kapsul kolleksiyasını almaq üçün lazım idi. Digər bir misal. 20 yaşlı qız Malayziyada oxumaq arzusunda idi. Ailədə heç kim onun niyə məhz Malayziya seçdiyini başa düşməsə də, bu planı həyata keçirmək üçün mane olmadı.

Altı ay Kuala-Lumpurda yaşadıqdan sonra xəyal söndü və tropik iqlimdə həyatın ləzzətləri puç oldu – gənc qız vətəninə qayıtmaq qərarına gəldi. Ancaq bu aylar boşa etmədi: o, mənzil kirayəyə götürdü, təcrübə proqramına qoşuldu və universitetə hazırlamağa başladı.

Uşaqlar evə dəli fikirlərlə gələndə səbirli valideyn olmaq çətindir. Bir şeyi bilin ki, bütün çılğın fikirlərin son istifadə müddəti olur. Bəs bu baş vermədiyi nadir hallarda nə etmək lazımdır?

“Qülləyə od vurun” və ya dəyişiklik ehtiyacını yaradın

İndiyə qədər sadalanan üsulların hamısını mənəvi “kökə” adlandırmaq olsa da, “qamçı” haqqında da unutmayın. Hər təcrübənin öz sərhədləri var. Uşaqlar yeni şeylər sınaya bilərlər, lakin başa düşməlidirlər ki, cəsarətli təşəbbüslər zonası nə vaxtsa bitəcək – daha doğrusu, maliyyə məhdud olacaq. Siz həmişə müsahibələrə gedə, bu və ya digər vakansiya haqqında “prinsiplərimə ziddir” və ya “uyğun deyil” düşünə bilmərsiniz.

Uşağınızla 3, 6 və ya 12 ay müddətinə müqavilə bağlayıb ağlabatan tələbləri, gözləntiləri və ən əsası, staj və təcrübə ilə bağlı heç bir əminlik olmadıqda hadisələrin ssenarisini yazın. Bir sözlə, dəyişiklik ehtiyacını yaradın, “qülləyə od vurun”.

Qəribədir ki, məhz müqavilə münasibətləri uşaqlara qərar verməyə kömək edir. Bu yaxınlarda müşahidə edilən nümunələrdən: bir qız üç ay davam edən işsizlikdən sonra, müqavilədə yazıldığı kimi, evdən yataqxanaya köçdü. Valideynlər ona aylıq, lakin çox kiçik maliyyə ayırdılar. Və sonra heyrətamiz dəyişikliklər başladı. Tezliklə gənc qız Zoom-da iş kostyumunda və makiyajda göründü. Bir müddət sonra isə üç təcrübə proqramından keçmək planının olduğunu etiraf etdi.

“Qülləyə od vurmaq”da bəzən süni ehtiyac görürlər (məsələn, zənginləşmək məqsədi yoxdursa). Ancaq uşaqları irəli getməyə məcbur edən də bu ehtiyacdır. Onlar sahildə dayanıb gözləmək imkanına malik olmadıqlarını başa düşürlər və nəyəsə qərar verdikdən sonra, çətin ki, geri dönürlər.

Rəqabət böyük olduqda, istedad əvvəllər nəzərdə olduğu kimi idrak qabiliyyəti ilə deyil, həm də onları cəmiyyətdə təzahür etdirmək iradəsi və niyyətdir. Nəhayət, çox vaxt şərti “tənbəl dahilik” deyil, arzu və əzm  əla nəticəyə gətirib çıxarır.

Müəllif haqqında

Yelena Rososskaya – Moskva İdarəetmə Məktəbinin “Skolkovo” nəzdində icraçı kouçinq, inkişaf və karyera Mərkəzində məşqçi.

Son xəbərlər
Digər xəbərlər