9 C
Baku
Thursday, December 12, 2024

Niyə yayda daha az məhsuldar oluruq?

Günəşli yay günləri gələndə işdən başqa hər şeylə məşğul oluruq, elə deyilmi? Demək olar ki, bütün sahələrin rəhbərləri işçilərin hava yüksəldikcə işdən daha çox yayındıqlarını müşahidə edirlər. 

Sizcə, həqiqətən də yayda daha az məhsuldar oluruq? Karyera mütəxəssisləri və kouçlar bunun real olduğunu hesab edirlər. Lakin onların fikrincə, bunlar qarşıdan gələn məzuniyyət düşüncəsi ilə əlaqəli deyil – əsas səbəb enerjinin azalmasıdır. 

Ətraf mühit məhsuldarlığa ən çox təsir göstərən amillərdən biri kimi

Kouç Eylin Şinke bunun hava istiliyinə də aid olduğunu düşünür. Sadəcə xatırlayın: səhər-səhər rütubət yüksək olur və nəqliyyatda tərləyib kondisionerli ofisə girirsiniz.

İstilik bir çox insana yatırdıcı təsir edir, bu da səhər saatlarında bütün diqqəti işə yönəltməyə mane olur. 

Problem “yay əhval-ruhiyyəsindədir”

Saat 16.00-da hava nisbətən sərinləsə də, sizin görüş və konfranslarda iştirak etməyə enerjiniz qalmır. Daha bir hesabat yazmaq lazımdır, lakin iki günlük təxirə salmaq da olar. Poçt qutunuzda bir neçə məktub sizi gözləyir, amma təcili deyil. Nə ilə məşğul olacaqsınız? Əgər uzun müddət bir şirkətdə işləyirsinizsə, işdən daha tez çıxa bilərsiniz. Və ya müdiriniz gəlməyənə qədər sosial şəbəkələrdə otura bilərsiniz. 

“Belə yay ab-havası məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər, – karyera eksperti Vendi Vayner söyləyir.  – İstilik insanların həyata münasibətlərini dəyişdirdiyinə görə, onlar bütün diqqətini özünü inkişafa və qayğıya yönəldirlər. Eyni zamanda, gün işığı serotonin hormonunu artırır və demək ki, insanlar daha xoşbəxt olurlar. Bundan əlavə, analitik bacarıqların effektivliyi azalır və nəticədə biz daha az işləmək istəyirik. 

“Yay tətilini” gözləyirik

Əlbəttə ki, insanlar il boyu səyahət edir və il boyu əylənirlər və çoxumuz may-sentyabr aylarında maksimum məhsuldar olmağı planlaşdırır. Onda da təqviminiz yəqin ki, sona qədər doludur –  toylar, gəzintilər və s. Şinke qeyd edir ki, insanlar istirahətə qədər qalan vaxtı uşaqlar kimi səbirsizliklə gözləyirlər. 

“Böyüyəndən sonra belə yayın gəlişini gözləyirik, çünki istilikdən zövq alma istəyirik, – o deyir. – Düzünü desəm, düşünürəm ki, hər birimizin daxilində uşaq yaşayır və o, “yay tətilinə” çıxmaq üçün səbəb axtarır”. 

İş yoldaşlarının olmaması məhsuldarlığa təsir göstərir

Burada hər şey göz qabağındadır: tətil nə qədər uzun olsa, komandanız bir o qədər az nailiyyət əldə edəcək. Şirkətinizdə tətil siyasətinin necə olması əhəmiyyətli deyil – yayda kimsə iş yerində olmayacaq. Bu səbəbdən bir-birinizə güzəştə getməli olacaqsınız – bu həftə siz Avropaya gedirsiniz, növbəti dəfə isə başqası məzuniyyətə çıxacaqdır. 

“Özünüz məzuniyyətə çıxmasanız da, komandadan kimsə mütləq bunu edəcək, – Şinke söyləyir. – Və bu, işin effektivliyinə təsir göstərəcək”. 

Yuxu (onun çatışmazlığı) da məhsuldarlığa təsir edə bilər

Çöldə soyuq və qaranlıq olduqda, çox güman ki, ürəyinizdən gəzinti keçməyəcək. Bəs dostunuz sizə yay axşamında parkda gəzməyi təklif etsə? Yayda gün gec batır, buna görə də ofisdən çıxdıqdan son dəqiqəyə qədər ondan zövq almaq istəyiniz təbiidir. 

Şinkenin sözlərinə görə, yay aylarında insan daha az konsentrasiyalı olur. Bütün bunlar iş yükünün artmasına və müvafiq olaraq yuxusuzluğa gətirib çıxarır. 

 

Son xəbərlər
Digər xəbərlər