“Azərtunel” MMC-nin təsisçisi təsisçilikdən çıxır. Şirkətin nizamnamə kapitalı azaldılır.
Banker.az xəbər verir ki, “Azərtunel” məhdud məsuliyyətli cəmiyyətinin kreditorlarının nəzərinə çatdırır ki, cəmiyyətin təsisçilərindən biri – Hüseynov Nizami Əzizağa oğlu təsisçilikdən çıxır və nizamnamə kapitalındakı 40 faiz payını alır. Bu səbəbdən, cəmiyyətin nizamnamə kapitalı azalır.
“Azərtunel” MMC 29 milyon 984 min 310 manatla 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Nizami Hüseynovdur. O, şirkətdən 12 milyonluq payını geri çəkir.
Şirkətin Qazaxıstan, Gürcüstan və Liviyada qeydiyyatdan keçmiş filialları var. “Azertunel” MMC əsasən səki, mikrotuneling, dəniz tikintisi və qazma, boru kəmərləri, körpülər və tunellərin inşası üzrə ixtisaslaşmışdır.
“Azərtunel” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmmməd Hadi, ev 138 ünvanında fəaliyyət göstərir.