Bu gün Prezidentin sərəncamı ilə Nizami rayonuna icra başçısı təyin edilmiş Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.