13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda benzinin qiymətinə təsir edə biləcək qərar açıqlandı: Rüsumdan azad edilir

Nazirlər Kabineti (NK) Azərbaycana gətirilən benzinləri müvəqqəti olaraq idxal rüsumundan azad edib. Bu barədə Banker.az-a Nazirlər Kabinetindən məlumat verilib.

“Nazirlər Kabinetinin 1 setyabr 2019-cu il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib”, – hökumətin qərarında deyilir.

O cümlədən, hökumətin qərarı ilə tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

2018-ci ilin oktyabr ayında Azərbaycan hökuməti idxal olunan benzinə artıq analoji güzəştlər tətbiq edib. O zaman da güzəştlər 90 gün müddətinə qüvvədə olub.

Xəbər verildiyi kimi, SOCAR şirkəti (ARDNŞ) 2019-cun ilin oktyabr ayında Bakı Neft Emalı Zavodunu (BNEZ) təmirə dayandırmağı planlaşdırır.

BNEZ-in dayandırılması dövründə Aİ-92 avtomobil benzinin idxalı bu neft məhsuluna daxili tələbat və benzin ehtiyatlarından asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər