“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Banker.az xəbər verir ki, sənədi 27 noyabr tarixində Baş nazir Əli Əsədov imzalayıb.
Qərarda deyilir,
1. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi aşağıdakı qaydada təsdiq edilsin:
1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində;
1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində;
1.3. akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində.
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir






