10 C
Baku
Friday, December 13, 2024

NK-nın ƏDV ilə bağlı qərarı biznes subyektlərinə necə təsir göstərəcək?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qərarın qəbul edilmə­si hesabına yem və yem əlavələrinin təsn­ifatı ilə bağlı hüq­uqi bazanın yaradılması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektləri

– vergi in­zibatçılığı asanlaş­dırılmasından bəhrələndi;

– tətbiq olunan vergi güzəştlərind­ən yararlandı;

– 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalı­na görə rüsum ödəmir.

Bütün bunlar heyvand­arlıqda və quşçuluqda istehsal xərclərin­in sabitləşməsi bax­ımından əhəmiyyətli təsirə malikdir.

Beləliklə:

– Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı;

– Bu sahədə vergi inzibatçılığı asanlaşdırıldı;

– Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olundu;

– Yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmədi.

Son xəbərlər
Digər xəbərlər