6 C
Baku
Sunday, December 15, 2024

Nəhəng neft ixracatçısı benzinin qiymətini artırır

Səudiyyə Ərəbistanı noyabr ayından gec olmayaraq benzin və aviasiya yanacağına subsidiyaları aradan qaldırmaq planlarını müzakirə edir.

“Bloomberg” agentliyinə istinadən, əgər belə olarsa, S.Ərəbistanında 91 oktanlı benzinin 1 litrinin qiyməti 80% artaraq 1,35 riyala (0,36 dollar) yüksələcək.

“Bloomberg”in xəbərində bildirilir ki, dünyanın ən böyük neft ixrac edən ölkəsində neft qiymətlərinin kəskin düşməsi fonunda dövlət xərclərinin azaldılması proqramı həyata keçirilir. Bunun üçün də hökumət ölkədaxili benzin qiymətlərini beynəlxalq bazardakı qiymətlərə uyğunlaşdırmaq istəyir. Agentlik qeyd edir ki, digər enerji daşıyıcılarının qiymətində artım 2018-ci ilin əvvəlinə qədər təxirə salınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər