16 C
Baku
Monday, May 20, 2024

Nobel həftəsinin tarixi açıqlanıb

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixində baş tutacaq.

Ümumilikdə 6 mükafatın veriləcəyi həftədə ardıcıllıq aşağıdakı formada nəzərdə tutulub.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi oktyabrın 2-də, Fizika üzrə oktyabrın 3-də, Kimya üzrə oktyabrın 4-də, Ədəbiyyat üzrə oktyabrın 5-də, Sülh nominasiyası üzrə oktyabrın 6-da, İqtisadi elmlər üzrə isə oktyabrın 9-da elan olunacaq.

Qeyd edək ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, Sülh nominasiyası üzrə mükafata Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər