Nobel mükafatı haqqında bilmədiklərimiz

Nobel mükafatı elm, incəsənət və dünya ictimaiyyətinin inkişafı sahəsində verilən məşhur beynəlxalq mükafatdır.

Məlumdur ki, ilk olaraq Nobel elm sahəsində riyaziyyat elmini siyahıya daxil etsə də, sonradan onu siyahıdan çıxarır. Bəziləri bu qərarı isveçli riyaziyyatçı Mittaq-Lefflerin adı ilə bağlayır. Belə ki, deyilənlərə görə o daim Stokholm universiteti üçün ianələr tələb etdiyinə görə, Nobel onu heç sevmirdi. Digər bir versiyaya görə isə Nobel Sofiya Kovalevskayaya aşiq olduğu halda bu qadın Mittaq-Leffleri tərcih etmişdi.

Alfred Nobel (1833-1896) isveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi.

Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı.

Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır. Müxtəlif ölkələrin professorlarına, akademik təşkilatlara, keçmiş Nobel mükafatı sahiblərinə məktublar göndərilərək namizədlərin seçilməsi üçün dəvət olunurlar.

Fevraldan oktyabra qədər göndərilmiş nominasiyalar, siyahının tərtib edilməsi və səsvermə yolu ilə laureatların seçilməsi üzərində iş aparılır. Namizədlərin siyahısı 50 il ərzində gizli olaraq saxlanılır və yalnız bu müddətdən sonra açıqlana bilər.

Qaliblərin yekun seçimi İsveç Kral Elm Akademiyası, İsveç akademiyası, Karolina İnstitutunun Nobel Assambleyası və Norveç Nobel komitəsi tərəfindən həyata keçirilir. Ənənəyə sadiq olaraq qaliblərin adları oktyabr ayında elan edilir.

10 dekabr, mükafatın yaradıcısının ölüm günündə mükafatın təqdimat mərasimi keçirilir: Stokholmda fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat və iqtisadiyyat, Oslo da isə sülh mükafatı təqdim edilir.

Hər bir Nobel mükafatının dəyəri 10 milyon isveç kronuna (təqribən 1 milyon avro) bərabərdir. Namizədlərə pul mükafatı ilə yanaşı onun şəkli ilə birlikdə medal və diplom da təltif edilir.