22 C
Baku
Friday, April 26, 2024

Nobel mükafatı haqqında bilmədikləriniz

Nobelin iqtisadiyyatı

Bu il Nobel mükafatının pul həcmi 1 milyon dollar təşkil edir. 2012-ci ildə qənaət məqsədi ilə məbləğ 20% azaldılmışdı. Nobel Fondunda bu addımı yeniliyin təşkilatın uzun müddətli perspektivində kapitalın azaldılmamasına yardım edəcəyi məqsədi ilə atdıqlarını bəyan ediblər.

Nobelin sirri

Nobel mükafatının tarixi boyunca cəmi bir dəfə laureatlara iki dəfə eyni nobel medallarının, eyni ixtiraya görə verilməsi halı müşahidə olunub. 1936-cı ildə nasist Almaniyada Nobel mükafatlarının alınmasına qadağa qoyulduqdan sonra fiziklər Maks fon Lue (1924-cü ilin laureatı) və Ceyms Frank (1925-ci ilin laureatı) öz medallarını Kopenhagen institutunun rəhbəri Nils Bora saxlamağa verirlər. 1940-cı ildə Reyx Danimarkanı işğal etdiyində institutun əməkdaşı Dyerd de Heveşi medalların götürüləcəyindən qorxaraq onları «çar vodkası»nda (qatı nitrat turşusunun və xlorid turşusunun qarışığı) həll edir. Danimarkanın azad olunmasından sonra isə o, qızılı məhluldan çıxardır və İsveç kral akademiyasına verir. Akademiyada ondan yenidən nobel medalları düzəldirlər və laureatlara qaytarırlar.
Dyer de Heveşinin özü isə 1944-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdü.

nobel1

Nobel mükafatının uzun ömürlü laureatı

İtaliyalı neyrobioloq Rita Levi-Montalçini Nobel mükafatının laureatları arasında ən uzun ömürlü insandır. Bu il onun 104 yaşı tamam olub. Fiziologiya və tibb sahələri üzrə Montalçini 1986-cı ildə – onun 77 yaşı olanda, mükafat almışdı.

Nobel mükafatına layiq görülən ən yaşlı laureat 90 yaşlı Leonid Qurviç (iqtisadiyyat üzrə mükafat – 2007-ci il), ən gənc laureat isə 25 yaşlı Uilyam Lorens Breqq (fizika üzrə mükafat – 1915-ci il) olmuşdu.

Nobel mükafatının qadın laureatları

Nobel mükafatının qadın laureatlarının əksəriyyəti sülh üzrə (15 nəfər) və ədəbiyyat üzrə (10 nəfər) mükafat almışdılar. Ədəbiyyat üzrə Nobel mükafatının ilk qadın laureatı1909-cu ildə İsveç yazıçısı Selma Laqerlef almışdı. Sülh üzrə ilk qadın laureatı isə 1946-cı ildə amerikan Emili Qrin Bolç olmuşdu.

Nobel mükafatının partnyor laureatçıları

Nobel Fondunun qərarına əsasən, bir il ərzində eyni sahədə müxtəlif işlərə görə üç insandan artıq laureata mükafat verilə bilməz. Və yaxud bir işin üçdən artıq müəllifi ola bilməz. 1934-cü ildə fiziologiya və tibb sahələrinə görə mükafat alan ilk üçlü amerikalı Corc Uill, Corc Maynot və Uilyam Mörfi olub.

6 9

Nobel mükafatının verilməsində boşluqlar

Nobel mükafatının hər il mütəmadi olaraq verilməsinə aid bir qanun yoxdur.

Nobel komitəsinin qərarına əsasən, əgər mükafata layiq iş tapılmasa, mükafat heç kəsə verilməyəcək. Belə olduğu halda pul ekvivalenti bütövlüklə və yaxud hissələrlə Fonda əlavə edilir. 1940, 1941 və 1942-ci illərdə müharibə olduğu üçün Nobel mükafatı ümumiyyətlə heç kəsə verilməmişdi. Bu boşluğu nəzərə almaq şərti ilə fiziologiya və tibb sahələri üzrə 9 dəfə, kimya üzrə 7 dəfə, fizika üzrə 6 dəfə mükafat verilmişdi.

Nobel çevrilişi

1908-ci ildə Ernest Rezerford kimya üzrə Nobel mükafatına layiq görülür. Bundan öncə Rezerford belə bir ifadə işlətmişdi: “Dünyada iki elm var. Biri fizika, digəri isə markaların kolleksiyaçılığıdır”. Mükafat alandan sonra isə alim həyatı boyu şahid olduğu çevrilişlərin ən qəribəsi “özünün fizikdən kimyaçıya çevrilməsi” olduğunu demişdi.

Nobel mükafatının varisləri

Fizika üzrə ilk Nobel laureatı 1901-ci ildə Vilgelm Konrad Rentgen olub. O, rentgen şüalanmasını kəşf etmişdi. Rentgenin kəşfi ilə birbaşa əlaqəli olan işlərə görə 12 dəfə Nobel mükafatı verilib. Həmçinin fizika üzrə (7 dəfə), fiziologiya və tibb üzrə (üç dəfə) və kimya üzrə (iki dəfə) 1914, 1915, 1917, 1922, 1924, 1927, 1936, 1946, 1962, 1964, 1979 və 1981-ci illərdə verilmişdi.

9 4221810484

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər