18 C
Baku
Thursday, May 23, 2024

Nobel mükafatının ən kasıb laureatı

İlk dəfə 1901-ci ildə təltif olunmuş Nobel mükafatı öz sahibi – Anri Dünana İsveçrə şəhəri Heydendə kasıblar evində olanda gəlib çatmışdı. Anri Dünan xəstə və kasıb olduğu üçün kasıblar evinə düşmüşdü. Lakin Nobel mükafatının laureatı 1828-ci ildə yetərincə imkanlı bir ailədə anadan olmuşdu. O, ətrafındakıların yadında tempereamentli, hər şeyə görə narahat olan bir uşaq kimi qalmışdır. Dünanın 25 yaşı olanda o biznes ilə məşğul olmaq qərarına gəlir və Fransaya məxsus olan Əlcəzairin ərazisində kiçik bir torpaq sahəsi icarəyə götürür.

Bir neçə ildən sonra onun kiçik şirkəti milyonlarla frank kapitalı olan nəhəng bir səhmdar cəmiyyətinə çevrilir. Lakin 1859-cu ildə günlərin bir günündə o, Solferinoda (şimali İtaliya) franko-pyedmont və Avstriya ordusu arasında baş verən döyüşün şahidi olur. Bu hadisə onun həyatını tamamilə dəyişmişdi. Avropa hələ bu cür qanlı və dəhşətli döyüşün şahidi olmamışdı. Döyüş meydanında minlərlə yaralı insanlar vardı. Lakin orada nə həkim, nə dərman, nə də tibbi yardım göstərə bilən insanlar yox idi.

Bu döşüyün şahidi olduqdan sonra Dünan «Solferino haqqında xatirələr» əsərini yazır. 1862-ci ildə bu əsər işıq üzü görür. Burada o, yaralılara kömək göstərmək haqqında bəhs etmişdi və sonda müharibənin qurbanlarına yardım göstəriləcək beynəlxalq bir təşkilat yaradılmasını təklif etmişdi. Belə bir təşkilat həqiqətən də yaradılı və bu təşkilat Qırmızı Xaç adını daşıyır.

126ff

Humanitar fəaliyyətlə məşğul olduğu üçün Dünan Əlcəzairdəki biznesinə yetərincə diqqət ayıra bilmirdi və axırda o, müflisləşir. Hətta məhkəmə onu bir sıra maliyyə dələduzluqlarında da mühakimə edir və bütün burjua cəmiyyəti ondan üz çevirir. 10 il səfil həyatı sürdükdən sonra o, 1887-ci ildə Heydenə köçür. 1892-ci ildə o xəstələnir və kasıblar evinə yerləşir. Üç ildən sonra bir jurnalist hər kəsin unutduğu Dünan haqqında məqalə yazır. Bu məqaləni dünyanın bir neçə qəzetləri təkrarən dərc edir. Bütün cəmiyyət silkələnmişdi. Sadə insanlar Dünana yemək və geyim göndərirdilər. Bir çox ölkələrin Qırmızı xaç cəmiyyətləri onu fəxri üzv adı ilə təltif edirlər.

1901-ci ildə isə o, Nobel mükafatı ilə təltif olunur. Lakin laureat Heydendəki kasıbların evini tərk etmək istəmir. O, çox az adamı qəbul edirdi və onu mütəvazi şəkildə dəfn edilməsini vəsiyyət etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər