Bu gün Osloda 2022-ci il Nobel Sülh Mükafatı təqdim edilib.
Norveç kral ailəsinin və hökumət üzvlərinin iştirak etdiyi mərasim ənənəvi olaraq Oslo meriyasının binasında keçirilib.
Mərasimdə 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.
Laureatlar ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib ki, çoxsaylı böhran və çağırışlar qarşısında dünyanın fədakar elm adamlarına və insanlara ehtiyacı var.