Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər

ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.

Bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken “Reuters”ə bildirib.

Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.

O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.

“Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür”, – o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər