11 C
Baku
Monday, November 25, 2024

NÖC üzrə Texnik – SOCAR Polymer

VƏZİFƏ HAQQINDA MƏLUMATLAR

Vəzifə: NÖC üzrə Texnik  
Şöbə:  Mühəndislik və Texniki Xidmət
İş qrafiki: 12 saatlıq iş qrafiki
İş yeri: Sumqayıt

VƏZİFƏ FUNKSİYALARI

• Məsul olduğu sahədə işin təhlükəsiz icrasına görə məsuliyyət daşıyır;
• Sağlamlıq, təhlükəsizlik, mühafizə, ətraf mühit (HSSE), əməliyyat və texniki xidmət sahəsində təcrübə və prosedurları uğurla və səmərəli şəkildə icra edir;
• NÖC sistemləri, qurğu və avadanlıq üzrə planlaşdırılmış (profilaktik/ müntəzəm) və bölgülü texniki xidmət fəaliyyətini müəyyən edilmiş plan və standart prosedurlara uyğun olaraq həyata keçirir;
• Mühüm istismara vermə və işin dayandırılması sahəsində texniki xidmət işlərində iştirak edir. İşin dayandırılmasına hazırlığı, məlumatların əldə edilməsini, həvalə edilmiş vəziyyətin monitorinqi vəzifələri həyata keçirir;
• İstismara vermənin, texniki xidmətlə bağlı ehtiyat hissələrinin yoxlanması və təhlili, əlaqədar SPIR-lərin təhlilinə hazırlıq sahəsində mühəndisə yardım edilməsi daxil olmaqla, Layihələrin istismara verilməsinə və yeni avadanlıqların quraşdırılmasına iştirak edir;
• Avadanlığın maksimum səmərəliliyini və məhsuldarlığını təmin edir;
• İşin bütün texniki təhlükəsizlik qaydalarına riayət edir;
• Bütün elektrik inventarizasiyasının uçotunu aparır və ehtiyat hissələri, avadanlıqlar üçün sifariş verir;
• Elektrik təmir və texniki xidmət işlərinin jurnalını saxlayır;
• Texniki xidmətlə əlaqəli, eləcə də rəhbər işçilərin təyin etdiyi digər tapşırıqları icra edir.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR

Funksional

• Təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməlidir;
• Elektrik qurğularındakı texniki nasazlıqları müəyyən etmək qabiliyyəti;
• Sahədə ekstremal isti və fiziki işin tələb olunduğu şərtlərdə işləmək qabiliyyəti;
• Sənədləri və çertyojları oxumaq və şərh etmək qabiliyyəti;
• Təfsilatlı təmir hesabatları tərtib etmək, eləcə də yaxşı şifahi ünsiyyət qabiliyyəti;
• Növbəli iş qrafikində işləmək qabiliyyəti;
• Sınaq avadanlıqlarından istifadə üzrə iş təcrübəsi;
• İş şəraiti istehsalat mühiti üçün normaldır. İşə 25 kq –a qədər materialın və məhsulun qaldırılması daxildir. Texnikanın idarə edilməsi təhlükəsizlik eynəkləri, qulaq qoruyucuları, iş çəkmələri və kaska daxil olmaqla, lakin onunla məhdudlaşmamaqla təhlükəsizlik avadanlıqlarından istifadəni tələb edir.

Davranış

• Güclü şəxsiyyətlər arası və təşkilati biliklərə malik olmalıdır;
• İş vaxtını səmərəli idarə etmək və həmkarlar  ilə iş funksiyalarını koordinasiya etmək bacarığına malik olmaq;
• Kollektivin üzvü kimi işləmək  bacarığına malik olmaq.

Təhsil və təcrübə

• NÖC və idarəetmə sistemlərinin texniki xidməti sahəsində 5 illik iş təcrübəsi;
• Texniki sahədə təhsilə (universitet və ya peşə məktəbinin) malik olmaq;
• DSC və PLS sistemləri sahəsində təcrübə;
• Dillər: Azərbaycan dilini yüksək səviyyədə və ingilis dilini orta səviyyədə bilmək;
• Mükəmməl şifahi və yazılı ünsiyyət vərdişlərinə malik olmaq.

MÜRACİƏT PROSEDURU

Maraqlanan namizədlər aşağıdakı linkə daxil olub müraciət formasını doldurmalıdırlar:
https://socarpolymer.az/az/career/experienced-professionals/

Bu vakansiya Azərbaycan vətəndaşlarına və ya Azərbaycanda daimi yaşamaq hüququna malik olan şəxslərə şamil edilir. Bütün münasib müraciətlər heç bir ayrı-seçkilik olmadan bərabər imkanlar əsasında nəzərdən keçiriləcək və qiymətləndiriləcəkdir.

Son müraciət tarixi: 15 iyul 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər