36 C
Baku
Wednesday, August 17, 2022

“Nokia 8” smartfonunun qiyməti açıqlanıb

Rəsmən təqdim edilməyən qabaqcıl “Nokia 8” smartfonunun Avropa üçün qiyməti açıqlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Vodafone” operatorunun məlumatına görə, smartfonun qiyməti 517,42 avro təşkil edəcək ki, bu da gözlənilən 600 avrodan azdır.

Bundan əvvəl yayılan məlumatlara görə, “Nokia 8” modeli “Quad HD” (2560 x 1440 piksel ) təsvir ölçülü 5,3 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, 13 meqapikselli qoşa əsas “Carl Zeiss” kamerası ilə təchiz ediləcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon dörd rəng variantında – mavi, polad rəngli, qızılı-mavi və qızılı-mis rəngində buraxılacaq.

Qurğunun rəsmi təqdimatı avqustun 16-da Londonda keçiriləcək tədbirdə gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər