13 C
Baku
Monday, March 10, 2025

NOKİA: Azərbaycanda 5G şəbəkəsini qurmağa hazırıq

Azərbaycanda tənzimləyici qurum icazə verərsə, biz 5G texnologiyalarını tətbiq etməyə hazırıq.

Bunu jurnalistlərə açıqlamasında “NOKİA Azərbaycan” şirkətinin ölkə rəhbəri Aleksandr Şunin deyib.

O bildirib ki, artıq dünyada 6 G ilə də bağlı müzakirələr başlayıb: “Ona görə də tezliklər verilən kimi, Azərbaycanda 5G infrastrukturunu həyata keçirəcəyik”.

A.Şunin deyib ki, müşahidələr göstərir ki, 5G-ni tətbiq edən operatorların monetizasiya prosesi çox zəif gedir:

“Şəbəkəyə investisiyalar və bu investisiyalardan geri dönüş istənilən səviyyədə sürətli deyil. Buna görə də operatorların əksəriyyəti 4 G VƏ 4G+ ilə kifayətlənir. Onlar öz yatırımlarını maksimum dərəcədə geri qaytarmağa çalışırlar”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər