9 C
Baku
Thursday, December 12, 2024

“Nokia” Bakıda laboratoriya açır

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Nokia” şirkətinin təmsilçisi Olaf Şults bildirib ki, şirkət Mərkəzi Asiyada biznesini idarə etmək üçün Bakıda regional nümayəndəlik yaradıb.

“Nokia”nın rəqəmsal infrastruktur sahəsində innovasiyalar və texnologiyalar üzrə lider şirkət olduğunu vurğulayan Olaf Şults Azərbaycan hökumətinin rəqəmsallaşma proqramının uğurlarını qeyd edib, regionda böyük fəaliyyəti ilə seçilən ölkə olduğunu vurğulayıb və “Nokia”nın da həmin uğur hekayəsinin hissəsi olmaq istədiyini bildirib.

Olaf Şults transformasiya prosesində rəqəmsal savadlılığın artmasının vacibliyini vurğulayaraq bu sahədə ölkənin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq etdiklərini söyləyib. “Təhsil proqramı üçün pul vəsaitləri ayırmışıq. Növbəti ay Bakıda laboratoriya və şəbəkəni istismara verəcəyik. Biz Azərbaycanı təkcə məhsul verdiyimiz bazar kimi qəbul etmirik. Bu gün bu işləri görürük və bundan fərəhlənirik. Bununla belə, ölkədə rəqəmsallaşdırma prosesinin bir hissəsi olmaq istəyirik,” – deyə Olaf Şults bildirib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər