6 C
Baku
Monday, December 16, 2024

Nokia-nın adı dəyişdiriləcək

Bu günkü günümüzdə Nokia şirkəti Windows Phone-larla bağlı Microsoft şirkətinin ən nəhəng partnyorudur.

Verilən məlumatlara görə, Microsoft şirkəti dünyaca məşhur Nokia brendinin adını dəyişərək yeni yaradılan smartfonları Microsoft Mobile adlandıracaq. Microsoft şirkəti 30 aprelə qədər  Nokia-nın mobil aktivləri əldə etməyi planlaşdırır. Bu baş verdikdən sonra Microsoft şirkəti öz smartfonları üçün Nokia brendindən imtina edəcək və Microsoft Mobile adından istifadə edəcək.

Hazırda isə şirkətin mətbuat xidməti verilən xəbərlərə şərh bildirməmişdir. Müqavilə baş tutduqdan sonra şirkətin mobil biznesi 100%-lik Microsoftun olacaq. Bununla yanaşı, Microsoft və Nokia arasında tranzaksiya bitdikdən sonra Nokia Corp/Nokia Oyj adı Microsoft Mobile Oy olaraq dəyişdiriləcək.

Qeyd edək ki, Microsoft Nokia şirkətinin mobil biznesinə və onun mobil patentlərinin 10 illik lisenziyalaşdırılmasına 7,2 milyard dollar ödəyib. Müqavilənin mart ayında artıq bağlanması nəzərdə tutulsa da, Nokia şirkətinin Hindistandakı səhmləri ilə bağlı problemlər bu müddəti bir ayda uzatdı.

Son xəbərlər
Digər xəbərlər