5 C
Baku
Saturday, December 14, 2024

“Nokia” optik telekommunikasiya avadanlıqlarının istehsalçısı “Infinera”nı 2.3 mlrd. dollara alır

Finlandiyanın “Nokia Corp” şirkəti optik telekommunikasiya avadanlıqlarının istehsalçısı “Infinera Corp”u 2.3 milyard dollara alır.

“Nokia”nın press-relizində deyildiyi kimi, müqavilə çərçivəsində “Infinera”nın bir səhmi 6.65 dollar dəyərində qiymətləndirilib. Bu, onların çərşənbə günü bağlanış qiymətindən 28% və son 180 gündə orta çəkili qiymətindən 37% yüksəkdir.

“Nokia” məbləğin ən azı 70%-ni nağd şəkildə ödəyəcək. “Infinera”nın kapitallaşması bu ilin əvvəlindən 10.7% (1.23 milyard dollara qədər), “Nasdaq Composite” fond indeksi isə 19% artıb.

Son xəbərlər
Digər xəbərlər