Bir vaxtların texnologiya nəhəngi Nokia şirkəti qatlanan telefon istehsal edəcək.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Nokia mövzusunda etibarlı mənbə olan Nokia Anew-in sızdırdığı məlumata görə, Nokia artıq bu layihəyə start verib.
Qısa bir tvit ilə sadəcə layihənin davam etdirildiyini bildirən qaynaq sözügedən məhsulun bazara nə vaxt çıxarılacağı barədə detal verməyib.
Təxminlərə görə, qatlanan Nokia telefonu üçün ən yaxşı halda növbəti ili gözləməyimiz lazım gələcək.
Şirkət rəsmiləri cihazı MWC-2021-də təqdim etməyi düşünürlər.