Telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Rusiyada fəaliyyətini dayandırır. Bu barədə Finlandiya şirkətinin çərşənbə axşamı öz saytında dərc edilmiş geniş bəyanatında bildirilir.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Vurğulandığı kimi, şirkətin Rusiya bazarını tərk etməsinə səbəb Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatıdır.
Xatırladaq ki, martın 2-si şirkət Rusiyaya tədarükünü dayandırdığını açıqlamışdı.