6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Nokia” şirkəti kiçik ölçülü smartfonunu təqdim edəcək

Nokia” şirkəti dekabrın 15-də kiçikölçülü smartfonunu təqdim edəcək. Bu haqda “GicmoChina” nəşri məlumat verib.

Jurnalistlər Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin (TENAA) məlumat bazasında aparat haqda məlumat aşkar ediblər. Təsvirə və şəkillərə görə, plastik korpusa malik olacaq qurğu 1440×720 piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir.

Cihazın ölçüsü yığcamdır. “TENAA”nın məlumatına görə, smartfonun korpusunun uzunluğu 149 mm təşkil edir. Həmçinin qurğu 5 mp-lik kamera, “Wi-Fi” dəstəyi, 2500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. “Nokia”nın telefonu, çox güman ki, “Android”in yüngül “Go” versiyasının idarəetməsi altında işləyəcək.

Mənbə:Ictnews.az
Son xəbərlər
Oxşar xəbərlər