2 C
Baku
Friday, March 1, 2024

“Nokia” yeni düyməli telefonu – 21 gün enerji saxlayır

“Nokia” brendinə məxsus qurğuları işləyib hazırlayan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 106” adlı yeni düyməli telefonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Nokia 106” telefonunun sahibləri cihazdan danışıq rejimində 16 saat, gözləmə rejimində isə 21 gün istifadə edə bilərlər.

Telefonun korpusu polikarbonatdan hazırlanıb. Aparatın enerji ilə doldurulması üçün ona “micro-USB” port quraşdırılıb.

İstehsalçının rəsmi saytındakı məlumata əsasən, yeni model iki SİM kart dəstəkləyir, 1,8 düymlük displey və 4 MB-lıq daxili yaddaşa malikdir. Telefon 2000-dək kontakt və 500 mətn mesajı yadda saxlamağa imkan verir.

Son xəbərlər
Digər xəbərlər