3 C
Baku
Monday, February 10, 2025

“Nokia”nın yeni baş direktoru “Intel”in keçmiş top-meneceri olacaq

“Nokia”nın yeni baş direktoru 1 apreldən “Intel”in keçmiş top-meneceri Castin Hotard olacaq.

Pekka Lundmark 2020-ci ildən “Nokia”nın baş direktorudur. O, şirkətin baş direktoru və prezidenti vəzifələrindən istefa verib. “Nokia”dakı liderlik vəzifəsini tərk edərkən, o, keçid prosesinin rahat olmasını təmin etmək üçün ilin sonuna qədər cənab Hotardın məsləhətçisi olaraq qalacaq.

Castin Hotard “Intel”ə qoşulmazdan əvvəl “Hewlett Packard” və “NCR Corp.”da rəhbər vəzifələrdə çalışıb, burada süni intellekt və bulud biznesinə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər