7 C
Baku
Thursday, December 12, 2024

Noomarketinq nədir?

Noomarketinq özündə keçmişdə olmuş, hazırda olan və gələcəkdə olacağı özündə birləşdirən yeni konsepsiyadır. Konsepsiyada keçmiş haqqında təəssüratlar, indiki hislər və gələcək arzular yer alıb. O özündə tarix boyu marketinqin ən yaxşı nümayəndələri tərəfindən irəli sürülmüş minlərlə ideyanın müasir və yeni üsulla birləşdirilməsini əks etdirir.

Noomarketinq – özünəbəs edən, unikal, öz növündə bənzəri olmayan, tam xoşbəxt və sərhədsiz imkanlardır. Bu heç nəyə ehtiyacı olmayan, lakin hər kəsin ehtiyacı olduğu dünyadır. Noomarketinq – hər şeyin ibarət olduğu reallığın kiçik vahidləridir. O keçmişdə yaşayan bütün insanlara məxsus olmuş, hazır ki insanlara məxsusdur və gələcəkdə də insanlara məxsus olacaq.

Noomarketinq ideyalarla və digər vacib məqamlarla işləmək prinsiplərini anlamağa imkan verən nəzəriyyəni əks etdirir. Bununla yanaşı, ona ideyalarla sərbəst olaraq işləmək üçün lazım olan metodikalar, sxemlər, mexanizmlər, alətlər də daxildir. Noomarketinq ideyalarla işləmək üçün hazır alətdir.

Noomarketinq texnologiyalarına əsasən, yüzlərlə ad və sloqan yaradılmış, 10-larla konsultasiya aparılmış, yüzlərlə layihə həyata keçirilmiş, 10-larla yeni məhsul və xidmət yaradılmışdır.

Noomarketinq müasir dünya iqtisadiyyatının vacib bir hissəsidir. Yeni konsepsiyanın vacibliyini artıq dünyanın 50-dən çox ölkəsininn mütəxəssis və biznesmenləri dərk etmişdir və bu tək ABŞ-a milyon dollar qazandırmışdır.

Son xəbərlər
Digər xəbərlər