6 C
Baku
Sunday, December 15, 2024

Nöqsanlar aşkar edilən şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Şirvanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cəfərov Fəxri Musa oğluna məxsus “Fərid” şadlıq evində aparılan yoxlama aparılıb. Yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mətbəx sahəsində döşəmədə çirkab suların axıdılması məqsədi ilə drenaj sistemin qurulmadığı, qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənmə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, işçi heyətin şəxsi gigiyenası məqsədi ilə əlyuma çanaqlarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkar olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

16774813751 jpeg 16774813752 jpeg 16774813753 jpeg

Son xəbərlər
Digər xəbərlər