9 C
Baku
Wednesday, December 11, 2024

“Norm” səhmdarlarına ₼103 mln. dividend ayırıb

Azərbaycanın iri sement istehsalçısı “Norm” ASC illər bölüşdürülməmiş mənfəətindən səhmdara 102.7 mln. manat dividend ayırıb.

Banker.az xəbər verir ki, bu barədə “Norm”un illik audit hesabatında bildirilib.

Şirkət 2022-ci ildə 204 mln. manat gəlirə qarşı 39.5 mln. manat xalis mənfəət edib.

2022-ci ilin əvvəlinə 84.96 mln. manat həcmində bölüşdürülməmiş mənfəəti vardı. 2022-ci ildə dividend elan etməsindən sonra ilin sonuna hələ daha 21.73 mln. manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Xatırladaq ki, “Norm” ASC 161.96 mln. manat nizamnamə kapitalı var. Şirkət “Neqsol Holding”ə daxildir.

Son xəbərlər
Digər xəbərlər