1 C
Baku
Saturday, December 14, 2024

“Norm Sement Zavodu” 3 vəzifə üzrə işçi axtarır

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

VAKANSİYA 1: Baş Anbardar

Əsas vəzifə və öhdəliklər:

• Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
• Anbara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
• Anbara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək
• Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
• İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
• Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
• Məsuliyyətində olan bütün anbarların təmiz,  səliqli və nizamlı olmasına nəzarət etmək;
• Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbarda işləyən heyətin işinə nəzarət etmək;
• Anbarlara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
• Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
• Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək və buna nəzarət etmək;
• Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştrak etmək;
• Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək

Tələblər:

• Maliyyə və iqtisad yönümlü ali təhsil
• Səlis Azərbaycan və ingilis dili bilikləri
• MS office, Word, Excel, SAP MM Module
• Anbarın idarəedilməsi sahəsində minimum 5 il iş təcrübəsi
• Mexaniki və elektrik avadanlıqları barədə məlumata malik  olmaq


VAKANSİYA 2: Biznes Analizi və İnkişafı üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi
• Statistik məlumatların əldə edilməsi, saxlanması və analitik dəstəyin təmin edilməsi
• Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi, təhlili, müqayisəsi və hesabatların təqdim edilməsi (bazar, qiymət və müqayisəli təhlil)
• Bazarın vəziyyətinin araşdırılması, məlumatların əldə edilməsi və biznes qərarlarının verilməsi üçün səmərələşdirici təkliflərin irəli sürülməsi
• Bazarın genişləndirilməsi ilə əlaqədar strateji layihələrin həyata keçirilməsi/dəstəklənməsi
• Kommersiya şöbəsi üçün bütün səciyyəvi hesabatların vaxtında tərtib edilməsi.
• Vertikal inteqrasiya üzrə alternativ biznesin inkişaf istiqamətlərinin təhlili
• Biznesin inkişafı üçün sənaye yönümlü bencmarkların layihələndirilməsi və aparılması
• Biznes inkişaf layihələrinin həyata keçirilməsi və nəzarəti
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

• Maliyyə və iqtisad yönümlü ali təhsil
• İngilis dili bilikləri
• Word, Excel, SAP
• Əlaqəli sahə üzrə ən azı 1-2 il iş təcrübəsi


VAKANSİYA 3: Yük avtomobilinin Sürücüsü

Əsas vəzifə və öhdəliklər:

• Nəqliyyat vasitəsinin istehsalçı müəssisəsi tərəfindən müəyyən olunmuş  istifadə qaydalarına riayət etməli

• Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə təmir məntəqəsinə aparmalı və təmir olunduqdan sonra istifadə etməlidir

• Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idarə olunması (yanacaq daşıyan və kran səbət avtomobilinin idarə olunması)

• Müvafiq icra hakimiyyəti orğanından tələb olunan təhsilin və içazə sertifikatın olması

• Nəqliyyat vasitəsini istifadə etdiyi zaman avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməlidir

• Yüklərin lazimı məntəqə çatdırılması zamanında təmin etməli

• Avtomobilin vaxtı  vaxtında  yanacaqla təmin olunmasına nəzarət etmək

• Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirmək, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, maşın təmir olunmamış yola çıxmamaq

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

• BCD katoqoriyalı sürücülük vəsiqəsi
• Minimum 3 il iş təcrübəsi
• Ona tapşırılmış işi vaxtında, vicdanla və məsuliyyətlə yerinə yetirməlidir;
• İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalıdır;
• İş şəraitindən asılı olaraq müstəqil qərar qəbul etməyi bacarmalıdır;
• Heyətdə işləməyi bacarmalıdır;

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 03/03/2017

Son xəbərlər
Digər xəbərlər