26 C
Baku
Saturday, July 27, 2024

“NORM” şirkətinin Direktorlar Şurasının yeni tərkibi təsdiq ediləcək

“NORM” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 19 mart 2024-cü il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin Direktorlar Şurasının yeni tərkibinin təsdiq edilməsi;

2. Cəmiyyətin Nizamnaməsinə digər dəyişikliklərin təsdiq edilməsi və dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər