8 C
Baku
Sunday, November 17, 2024

“Norm”un xərclərinin artması onun xalis mənfəətini azaltdı

Azərbaycanda ən böyük sement istehsalçıalrından biri olan “Norm” ASC-nin gəlirlərinin ilə bərabər, xərcləri artmış, nəticədə xalis mənfəət azalıb.

Banker.az bu barədə “Norm”un “Deloitte” audit şirkətinin apardığı 2020-ci il üzrə maliyyə hesabatında deyilir.

“Norm” 2020-ci ildə 156.33 milyon manatlıq satışdan gəlir əldə edib. Bu da o deməkdir ki, öncəki illə müqayisədə 4.8% artım deməkdir. Sement istehsalçısının xərcləri illik müqayisədə 3.1% artaraq 91.66 mln. manat olmuşdur. “Norm”un ümumi mənfəəti 64.67 milyon manat olmuşdur.

2020-ci ildə 11.5 mln. manat ümumi və inzibati xərclər, 4.5 mln. manat satış və marketinq xərcləri, 2.84 mln. manat digər xərcləri olmuşdur.

Şirkətin vergidən əvvəlki mənfəəti 34.78 mln. manat olmuş, buradan 8.16 mln. manatı mənfəət vergisi xərci olmuşdur.

Beləliklə, 26.64 mln. manat xalis mənfəəti olmuşdur. Bu da 2019-cu illə müqayisədə (30.09 mln. manat) 12% azıdır.

42342

Son xəbərlər
Digər xəbərlər