“North West Construction” (“Nort Vest Konstrakşn” MMC) 2024-cü ili 34 milyon 607 min manat mənfəətlə başa vurub. 2023-cü ildə MMC-nin mənfəəti 32 milyon 729 min manat olub ki, bu da illik müqayisədə 6% artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2024-cü ildə “Nort Vest Konstrakşn” MMC-nin əsas əməliyyat gəlirləri 406 milyon 597 min manat (əvvəlki ilə nisbətən 2.3% az), müqavilə xərcləri və satışın maya dəyəri 347 milyon 238 min manat (4.3% az), ümumi gəlirləri 59 milyon 359 min manat (11.5% çox) təşkil edib.
Ümumi və inzibati xərcləri 10 milyon 856 min manatdan 14 milyon 560 min manata çatıb.
Qeyd edək ki, “North West Construction” 2007-ci ildən təsis edilib. Şirkət həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə həyata keçirdiyi inşaat və mühəndislik şirkətinə çevrilib.





