10 C
Baku
Saturday, March 2, 2024

Norveç 5 il ərzində hər il Ukraynaya 1.5 mlrd. dollar ayıracaq

Norveç hökuməti beş il müddətinə Ukraynaya hər il 15 milyard kron (təxminən 1.5 milyard ABŞ dolları) ayırmağa qərar verib.

Bu barədə VG nəşri Norveçin Baş naziri Yonas Qar Störeyə istinadən yazıb.

“Baş nazir Yonas Qar Störe bəyan edib ki, Norveç Ukraynanı dəstəkləmək üçün növbəti beş il ərzində hər il 15 milyard Norveç kronu ayıracaq”, – məlumatda deyilir.

Siyasətçi qeyd edib ki, Oslonun bu addımı Rusiya üçün siqnaldır.

“Bu, Ukrayna ilə bir yerdə olduğumuza dair siqnaldır. Bu həm də Moksva üçün Norveç parlamentinin bu məsələdə mümkün qədər həmrəy olduğuna dair işarədir”, – Y.Q.Störe bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər