12 C
Baku
Monday, October 28, 2024

Norveç ABŞ-dən 360 milyon dollarlıq raket alır

Norveç ABŞ ilə 362,9 milyon dollar dəyərində orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.

Bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.

“Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək”, – o qeyd edib.

Müdafiə naziri əlavə edib ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər