1 C
Baku
Saturday, December 14, 2024

Norveç Avropaya təbii qaz ixracı üçün $1.5 mlrd.-a yaxın investisiya yatırır

Norveçin dövlət enerji şirkəti Equinor və tərəfdaşları Norveç dənizindəki İrpa təbii qaz yatağına 1.44 milyard dollar sərmayə qoyacaqlarını açıqlayıblar. Banker.az xəbər verir ki, layihə Avropaya 20 milyard kubmetr təbii qaz ixrac etməyi hədəfləyir.

Qeyd edək ki, əvvəllər Asteriks adı ilə tanınan İrpa 1300 metr dərinlik ilə Norveç dənizinin ən dərin təbii qaz yataqlarından biridir.

Norveçin energetika naziri bəyan edib ki, gələcəkdə İrpa bölgəsindən təqribən 80 kilometr şərqdə yerləşən Aasta Hansteen platforması mövcud istehsal gücündən istifadə edəcək, eyni zamanda Hansteen bölgəsinin ömrünün uzadılmasına töhfə verəcək.

İstehsalın 2026-cı ilin son rübündə başlayıb 2039-cu ilə qədər davam edəcəyi gözlənilir. Gündəlik hasil olunacaq təbii qazın miqdarı hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, İrpa bölgəsinin lisenziyasının 51%-i Equinora, 20%-i Petoroya, 19%-i Wintershall-a, 10%-i isə Shell-ə məxsusdir.

 

Son xəbərlər
Digər xəbərlər