9 C
Baku
Wednesday, November 13, 2024

Norveç hasilatı azaldır – Demək, neft $45-dən ucuz heç kimə sərf etmir

Norveç neft hasilatını 13% azaltmağı düşünür. Norveçin gündəlik neft hasilatı 1.859 milyon bareldir və iyun ayından 250 min barel azalma olacaq. Əgər OPEC+ hasilatı razılaşmaya əsasən 9.7 milyon barel azaltsa və karantin rejimləri yumşalmağa davam etsə mayın sonuna qədər neft qiymətləri (Brent) 35-40 dollar ətrafına qayıda bilər. Tankerlərdəki 160 milyon 2 günlük neft tələbidir. Ciddi təhlükə deyil. ABŞ da neft qiymətlərinin 45 dollar ətrafına qayıtmasında maraqlı olduğu üçün ehtiyatlardan neft qiymətlərini azaltmaq üçün istifadə etməyəcək. Həmin ehtiyatlarından neft 30-35 dollar ətrafında olarkən deyil, 40-45 dollar ətrafında olarkən tədricən istifadə daha mənfəətlidir. Deməli, öncəki təsbit doğru. Demək olar ki, neft hasilatçısı olan heç bir ölkəyə 45 dolların altında olan neft qiymətləri sərfəli deyil.. Nəticə odur ki, may-iyul aylarında neft hasil edən ölkələr (Brent) neft qiymətlərinin 45 dollar hədəfinə çatmaq üçün fəaliyyət göstərməyi özlərinin əsas prioritetlərinə çevirəcəklər.

P.S. Mart ayının əvvəlində mənə zərəri olmaz deyən Səudiyyə Ərəbistanında xarici valyuta ehtiyatları da əriməyə davam edir. Valyuta ehtiyatları 1 ay ərzində 27 milyard dollar əriyərək 494 milyard dollara enmişdir. 1-ci rübün büdcə kəsiri 9 milyard dollar olmuşdur.

Müəllif — Elman Sadıqov

Son xəbərlər
Digər xəbərlər